Azercellin Mobil Göz klinikası şəhid ailələri, məcburi köçkün və qaçqınları müalicə edib

 

 

Fəaliyyət dövrü ərzində daima sosialyönümlü addımlar ataraq Azərbaycan xalqının yanında olan "Azercell Telekom” MMC 8 oktyabr "Ümümdünya Görmə Günü” münasibətilə növbəti xeyirxah təşəbbüsü həyata keçirib.

Lider mobil operator vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə apardığı bu həssas zamanda torpaqlarımızın müdafiəsində dayanıb, canından keçmiş igid şəhidlərimizin ailələri, sərhədlərimizi qoruyan cəsur Qarabağ müharibəsi iştirakçıları və qazilərimiz, eləcə də illərdir öz daimi yaşayış yerlərindən məhrum olub, qaçqın və məcburi köçkün statusunda yaşayan vətəndaşlarımız üçün ödənişsiz göz müayinələri və müalicələri təşkil edib.

Müayinələr dünən Masazır qəsəbəsində "Azercell”in ən müasir oftalmoloji avadanlıqlarla təchiz olunmuş "Mobil Göz Klinikası” və "Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyinin klinikasında həyata keçirilib. Layihə çərçivəsində göz xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi kimi xidmətlər ödənişsiz əsaslarla göstərilib. Ehtiyac yarandığı təqdirdə müraciət edənlərə optik eynəklər də paylanılıb. Müayinələr zamanı koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində təsdiq edilmiş bütün tələblərə də riayət edilib.

"Azercell TelekomMMC-in 2010-cu ildən fəaliyyətə başlayan Mobil Diş və 2011-dən çalışan Mobil Göz klinikaları bugünə qədər minlərlə xüsusi qayğıya ehtiyacı olan vətəndaşı, kimsəsiz uşaqları və aztəminatlı ailələri müalicə edib.

 

Azərbaycan.-2020.- 9 oktyabr.- S.12.