Gəncənin vətəndaş cəmiyyəti təsisatları Ermənistanın dinc azərbaycanlı əhalini hədəf almasını pisləyən bəyanat qəbul ediblər

 

Gəncə şəhərinin vətəndaş cəmiyyəti təsisatları Ermənistanın dinc azərbaycanlı əhalini hədəfə almasını pisləyən bəyanat qəbul ediblər.

Bununla bağlı AZƏRTAC-a daxil olan bəyanatda deyilir:

Cəbhə zonasından 70 kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan əhalinin sıx məskunlaşdığı Gəncə şəhərinin oktyabrın 11-də gecə saat iki radələrində Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutulması ilə əlaqədar bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistanın növbəti hərbi təcavüzü nəticəsində içərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 5-i qadın olmaqla, 10 nəfər həlak olub, 10-u qadın, 9-u uşaq olmaqla, 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya 100-dən artıq mülki obyektə ziyan dəyib.

Bununla da Ermənistan beynəlxalq hüququn norma prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, xüsusilə Gəncə şəhərinin yaşayış məntəqələrini raketlərlə (“Toçka-U”, “Smerç”, “Skad”) atəşə tutmağı davam etdirib.

Oktyabrın 12-də Azərbaycan Respublikasındakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Gəncəyə səfər edərək, Ermənistan tərəfindən Gəncə şəhərinin günahsız mülki əhalisinə qarşı həyata keçirilən məsuliyyətsiz raket hücumlarının səbəb olduğu hərbi cinayət səhnələri ilə yerindəcə tanış olublar. Beynəlxalq hüququn norma prinsiplərinin kobud şəkildə pozulması ilə qəsdən törədilmiş, Azərbaycanın Gəncə şəhərinin digər yaşayış sahələrinin mülki əhalisinin qətlə yetirilməsi yaralanması ilə nəticələnən terror aktlarını törətməkdə davam edən işğalçı Ermənistandan insanlıq əleyhinə yönəlmiş müharibə cinayətlərinə təcili olaraq son qoymağa BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrini yerinə yetirməyə çağırırıq.

Təcavüzkar Ermənistan bu terror hərəkətləri ilə Gəncə sakinlərinin mübarizə əzmini qətiyyən azalda bilməyəcəklər, əksinə gəncəlilərin mübarizə əzmi daha da möhkəmlənəcək. Ermənistan tərəfindən Gəncəni atəşə tutanlar hərbi cinayətkarlardır və biz inanırıq ki, əvvəl-axır onlar mühakimə olunacaqlar. Həmçinin Xocalı qatilləri, Xocalıda soyqırımı törədənlər də ədalət məhkəməsi qarşısında cavab verəcəklər”.

 

Azərbaycan.-2020.- 14 oktyabr.- S.3.