XXI əsrin faşizminə birlikdə qalib gəlirik

 

 

İnsanın taleyində, mənsub olduğu xalqın, ölkənin həyatında elə anlar yaşanır, elə hadisələr baş verir ki, onu yazmaq, sözlə ifadə etmək çətin, bəzən də mümkünsüz olur. Bu anlar o anlar, bu günlər o günlərdi. Bu, həsrətində olduğumuz QƏLƏBƏ sorağıdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin təbirincə desək, bu qələbə Azərbaycan xalqının əldə etdiyi gələbələr arasında ən parlaq qələbədir. Xalqımız bu günlər tarixinin ən şərəfli səhifələrini yazır. Onun qəhrəman ordusu öz qüdrətli, yenilməz SƏRKƏRDƏSİnin rəhbərliyi altında tarixi ədalətsizliyə, 30 illik həsrətə, bəlkə də bir neçə əsrlik ağrı-acıya son verir. Bu xalqın uşaqdan-böyüyəcən, kürdündən-ləzgisinə, talışından-avarına, yəhudisindən-kumıkına, tatına qədər hər bir fərdi yumruq olub iyirmi birinci yüzilliyin faşizmini, şovinist irqçi rejimini, millətçi vandalizmi əzir, müqəddəs Vətən torpaqlarından, Qarabağımızdan süpürüb-atır.

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi əzəli Azərbaycan torpaqlarında - süni şəkildə yaradılmış indiki Ermənistan Respublikasının ərazisində yaşayan azərbaycanlıları, o cümlədən digər milli azlıqların, azsaylı xalqların və etnik qrupların nümayəndələrini öz dogma yurdlarından qovmaqla həmin ərazilərdə monoetnik Ermənistan dövlətinin qurulmasıdır.

Bədnam qonşumuzda yaxın tarixdə nə baş verib? Çox da uzaq olmayan dövrə nəzər salaq. AMEA-nın müxbir üzvü, professor M.Qasımlı qeyd edir ki, o zamankı Ararat Respublikasının 1918-ci ildə vur-tut 1 milyondan azacıq çox əhalisi vardı. 1920-ci ilin sonlarında sovetləşdiriləndə bunun yalnız 770 mini qalmışdı. Daşnaksütyunun hakimiyyəti illərində Ermənistanda əhali 35,5 faiz azalmışdı. Türklər 77 faiz, kürdlər 98 faiz, yezidi kürdlər 40 faiz azalmışdı. Əgər 1918-ci ildə Ermənistanda türklər 260 min nəfər idilərsə, 1920-ci ildə 60 min olmuşya 77 faiz azalmışdı. Kürdlər 1918-ci ildə 25 min nəfər idilərsə, 1920-ci ildə 0,5 min nəfər olmuşya 98 faiz azalmışdı. Yezidilər bu illərdə 8 min nəfər idilərsə, 1920-ci ildə 5 min nəfər olmuş və 40 faiz azalmışdı. Ruslar isə 15 min nəfərdən 14 min nəfərə düşmüşya 7 faiz azalmışdı. Digər millətlərin sayı 7 mindən 4 minə düşərək 43 faiz azalmışdır.

Ermənistanın etnik ayrı-seçkilik siyasəti dövlət səviyyəsində uzun illər davam etdirilmiş, insanlar milli mənsubiyyətlərinə görə təqib olunmuş, işgəncələrə məruz qalmış, zaman-zaman doğma yurd-yuvalarından zorakılıqla qovulmuşlar. Beləliklə də, milli mənsubiyyətinə görə təqib edilən, soyqırıma məruz qalan təkcə azərbaycanlı əhali olmamış, kürdlər, o cümlədən yezidilər, bu coğrafiyada tarixən yaşayan digər xalqların nümayəndələri, hətta ruslar belə erməni şovinizminin qurbanlarına çevrilmişlər. Bu azmış kimi, onların tarixi kimliyini, milli-mənəvi dəyərlərini yaşadan abidələri, məsçidləri, digər dini ibadətgahları dağıdıb yerlə-yeksan etmiş, toponimləri özününküləşdirmiş, tarixi açıq-aşkar, həyasızcasına saxtalaşdırmışlar.

Həm də bunun on illər ərzində mərhələli şəkildə həyata keçirildiyi barədə kifayət qədər faktlar vardır. Məsələn, 1937-ci ildə Ermənistan ərazisində yaşayan 50 min müsəlman kürdü zorla Orta Asiya və Qazaxıstan çöllərinə sürgün olundular. 20 ilə yaxın qaçqınlıq həyatı keçirən kürdlər, nəhayət, Stalinin ölümündən sonra bəraət aldılar. Repressiya dəhşətlərinə məruz qalan tək-tük insanlara və millətlərə bəraət verilsə də, kürdlər buna sevinə bilmədilər. Onların öz vətənlərinə - Ermənistana dönməsinə rəsmi razılıq olsa da, faktiki olaraq ermənilər bu razılığın qarşısına sipər çəkdilər. Qatarlara doldurulmuş ailələr, nəsillər Azərbaycandan keçib öz ata-baba yurdlarına gedərkən Ermənistandan gələn nümayəndələr köçlərin qarşısını kəsib qətiyyən buna imkan verməyəcəklərini bildirdilər.

Beləcə, sürgündən qayıdan kürdlər Azərbaycan ərazisində - Yevlax, Goranboy, Göygöl, Samux və digər rayonlarda məskunlaşmalı oldular. Ermənistan ərazisində son etnik təmizləmə başlayandan sonra ölkəmizə 250 mindən çox azərbaycanlı soydaşlarımızla yanaşı, minlərlə müsəlman kürd də gəldi. Dağlıq Qarabağın ətrafındakı rayonların işğalından sonra isə bütün yerli kürdlər məcburi köçkün vəziyyətinə düşdülər. Onların qismən yaşadıqları bölgələr işğalçılar tərəfindən zəbt olundu, yüzlərlə qadın, uşaq, yaşlı insan əsir götürüldü. Köçkün kürdlər hazırda respublikamızın 55 rayonunda məskunlaşıblar.

Müasir Ermənistan monoetnik ölkədir, onu idarə edən rejim şovinist millətçilik siyasətini pik həddə çatdırmışdır. Faktiki olaraq Ermənistan Respublikasının idarəçiliyi iki ideya əsasında formalaşır - Millətçilik və Terror!

Öz xalqını bu qatı millətçilik, dini, etnik dözümsüzlük ideyaları, "Böyük Ermənistan” xülyaları ilə zəhərləyən rejim uzun illərdir ki, Azərbaycan ərazisində əhali arasında etnikdini zəmində çaxnaşma, ədavət, düşmənçilik yaratmağa çalışır. Azərbaycanı etnik münaqişə girdabına çəkmək və regionun liderinə çevrilmiş bir dövlətin varlığına son qoymaq məqsədi güdən Ermənistan dəfələrlə Azərbaycanda yaşayan milli azlıqların, azsaylı xalqların, etnik qrupların (ləzgilər, talışlar, kürdlər, tatlar, avarlar, saxurlars.) bəzi nümayəndələri arasında separatçılıq əhvali-ruhiyyəsini qızışdırmağa cəhdlər göstərmiş, onların "liderləri”ni maliyyələşdirməklə Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyətə yönəltmişdir. İrəvan Universitetində "talış dilinin öyrənilməsi və təbligi” adı altında tez-tez keçirilən "konfranslar”, talış dilində kitabların nəşri, Şuşada talış dilində radionun fəaliyyəti Ermənistanın Azərbaycanı parçalamaqburada yaşayan xalqlardan heç olmazsa birini öz müttəfiqinə çevirmək üçün etdiyi uğursuz cəhdlərin yalnız az bir qismidir.

Azərbaycanda vəziyyət necədir? On illər boyu erməni separatizmindən, şovinizmdən əziyyət çəkən, təkcə son 30 ildə yüz minlərlə insanı doğma ata-baba ocaqlarından qovulan, övladları qaçqın, köçkün düşən, torpaqlarının beşdə biri işğal olunan, bu gün belə təcavüzə, işğalçı hücumlara məruz qalan ölkə ümumbəşəri dəyərlərə sadiq qalır, mülki şəxslərə, konkret halda isə erməni millətindən olan vətəndaşlarına sülh, əmin-amanlıq vəd edir, multikultural dəyərlərə sadiqliyini ən yüksək səviyyədə ifadə edir.

Bu fikirlər Azərbaycan Prezidenti cənab İlham Əliyevə məxsusdur: "Mən bir neçə gün bundan öncə bizim yaralı əsgərlərimizin yanına getdim, hərbi hospitalda onlarla görüşdüm. Onlara təşəkkürümü bildirdimeyni zamanda onlarla görüş əsnasında erməni xalqına müraciət etdim. Anlayırdım ki, onların yanında bunu demək o qədər də asan deyil, çünki onlar ermənilər tərəfindən vurulub. Amma dedim ki, bizim erməni xalqı ilə işimiz yoxdur. Erməni xalqı öz hökumətini məsuliyyətə cəlb etməlidir. Öz hökumətinin yarıtmaz, çirkin siyasətinin nəticəsində bu döyüşlər baş verdi. Bizim mövqeyimiz dəyişməzdir. Torpaqlarımız azad olunandan, işğala son qoyulandan sonra Dağlıq Qarabağda yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar bir yerdə yaşayacaqlar. İki toplum çərçivəsində, bir ölkə ərazisində. Bu gün Azərbaycanda minlərlə erməni var...”

Ermənistandan fərqli olaraq, multikulturalizm, milli və dini dözümlülük Azərbaycan cəmiyyətinin həyat tərzinə çevrilmişdir. Vətənimiz dünyanın nadir ölkələrindəndir ki, burada yaşayan ən müxtəlif millətlərdən və dinlərdən olan insanlar öz milli mədəniyyətlərini, milli adət-ənənələrini nəinki yaşadır, həm də inkişaf etdirir.

Milli ideoloji sistemin, ümumilikdə, ümummilli təhlükəsizliyin, ictimai-siyasi sabitliyin, sosial birliyin qorunmasında bu amilin çox mühüm rolu vardır. Etnik, dini və digər mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin ərazisində məskunlaşan hər bir vətəndaş Azərbaycanın sərvətidir, uğurla həyata keçirilən daxilixarici siyasət nəticəsində yaradılmış güclü iqtisadi potensial onların rifahına xidmət edir.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müdrik dövlət siyasəti dövlət başçısı möhtərəm İlham Əliyev tərəfindən yüksək ustalıqla həyata keçirilir, elə Vətən müharibəsinin zəfər dolu, qələbələrlə zəngin olan bu günlərində də öz bəhrəsini, töhfələrini verir.

İşgal olunmuş ərazilərin azad edilməsi üçün Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları nəticəsində Qarabağda vəziyyətin gərginləşməsi fonunda erməni millətçiləri, Ermənistanın, separatçı rejimin rəhbərliyi ayrı-ayrı informasiya resurslarında, o cümlədən sosial şəbəkələrdə onlara züy tutan bəzi xarici KİV-də ölkəmizdə yaşayan milli azlıqların, azsaylı xalqların və etnik qrupların nümayəndələrinə dövlətimizə, Prezident İlham Əliyev tərəfindən həyata keçırilən siyasətə qarşı çıxmaq haqqında çağırışlar edirlər. Lakin Azərbaycanda yüksək millidini dözümlülüyün, qarşılıqlı hörmət və etimad mühitinin mövcudluğu, azərbaycançılıq ideologiyasının hər kəs tərəfindən razılıqla qəbul olunması istər etnik, istərsə də dini bölücü meyillərdən qat-qat güclü olması, qətiyyəti bu məkrli planlarının da reallaşmasına imkan vermir.

Bunu da fəxrlə demək olar ki, hazırda düşmənin başına od yağdıran şanlı ordumuzun sıralarında Vətənimiz Azərbaycan uğrunda müxtəlif xalqların, milli azlıqların onlarca, yüzlərlə qəhrəman övladı şərəflə vuruşur, işğal olunmuş torpaqlarımızı düşməndən qarış-qarış təmizləyir, bizə, ən əvvəl isə özünə layiq olduğuçoxdan gözlədiyimiz QƏLƏBƏ sevincini bəxş edir.

Zəfərlərin bol olsun, Azərbaycan Ordusu!

Sizdən yeni-yeni QƏLƏBƏ müjdələri gözləyirik, cənab Ali Baş Komandan!!!

Xalqımız Sizinlə fəxr edir, SƏRKƏRDƏ adınız Azərbaycanın üstündə ƏBƏDİ olsun!!!

 

 

Cavid XASPOLADOV,

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin Xidmətinin əməkdaşı

Azərbaycan.-2020.- 14 oktyabr.- S.4.