Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri,

Hazırda Dağlıq-Qarabağdakı vəziyyəti böyük narahatlıqla izləyirik.

Biz həlak olanlarla əlaqədar Sizə başsağlığı verir və yaralıların tezliklə şəfa tapmasını diləyirik. Akademiklər olaraq düşünürük ki, BMT-nin 75-ci ildönümündə hər kəs təşkilatın Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməlidir.

Uzun illər ərzində biz tərəfdaşımız Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə birgə dialoq, tolerantlıq və anlaşmanı təşviq etmək üçün çalışmışıq. Ümid edirik ki, ortaq dünyamız naminə bu işi bundan sonra da davam etdirəcəyik. İnanırıq ki, bizimlə eyni fikirdə olan insanları bir araya gətirməli və onları qorumalıyıq. Çünki onların müdrikliyinə və təcrübəsinə ehtiyacımız var.

Son səkkiz ildə Davamlılığa Keçid Klasteri çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə dünyanın üzləşdiyi ən aktual məsələləri təbliğ etmək üçün birgə çalışırıq.

Hörmətlə,

 

Fibi KunduriAfina İqtisadiyyatBiznes Universitetinin professoru, Ətraf MühitResurslar üzrə İqtisadçıların Avropa Assosiasiyasının Prezidenti

 

Lidiya Papadaki – Birləşmiş Millətlər Təşkilatının Yunanıstandakı Davamlı İnkişaf Şəbəkəsinin meneceri

 

Mariya Lentudi – Davamlılığa Keçid üzrə Klaster Qrupunun kommunikasiya rəhbəri

 

Akiles Vassilopulosİonnina Universitetinin dosenti

 

Angelos PlataniotisAfina İqtisadiyyat Biznes Universitetinin professoru, tədqiqatçı

 

Angelos Alamanostədqiqatçı

 

Lidiya StergiopoluƏtraf Mühit İqtisadiyyat üzrə Tədqiqatlar Mərkəzinin tədqiqatçısı

 

Aris Mussolidesprofessor

 

Sofiya MantafuniAfina İqtisadiyyat Biznes Universitetinin baş meneceri

 

Panayiotis Sofronidistədqiqatçı

 

Kutsibu Eleni – Ali Məhkəmədə vəkil, Afina Universitetinin Hüquq fakültəsində elmi işçi

 

Pol LentudisPatras Universitetinin professor

 

Azərbaycan.- 2020.- 15 oktyabr.- S.3.