“Cənab
Prezident, biz Sizi sevirik, Sizə inanırıq və Sizi daim dəstəkləyirik”
Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, eləcə də qardaş Türkiyənin vətəndaşları Prezident, Ali Baş Komandan İlham Əliyevə məktublar yazmaqda davam edirlər.
AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.
Türkiyənin Balıkesir şəhərindən Mehmet Bingöl yazır: “Hörmətli cənab Prezident, bütün varlığımla, qəlbimin dərinliklərindən gələn hisslərlə qardaş Azərbaycana müqəddəs Vətən müharibəsində müzəffər olmasını arzulayır, işğal altında olan digər doğma torpaqların da tezliklə azad olunmasını, bu zəfərin uğurla başa çatmasını diləyirəm. Ürəyim cəbhə xəttində fədakarlıqla vuruşan qəhrəman Azərbaycan Ordusu ilə birlikdə döyünür. Qələmin iti, qılıncın kəskin olsun Azərbaycan!”.
İstanbul şəhərindən Cemail Bakındı, Yusuf Kutlu, Ali Şahin, Yücəl Köksal, Taner Şener, Yusuf Erbaş, Murat Bakındı, Taner Şəkər, Mustafa Çelik, Metin Sav və Mustafa Öksüz yazırlar: “Hörmətli cənab Prezident, Azərbaycanın 30 ildir işğal altında olan torpaqlarını geri qaytarmaq üçün başladığı mübarizəni bütün qəlbimizlə dəstəkləyirik. Ürəyimiz “iki dövlət, bir millət” anlayışı ilə hər mübarizədə Sizin üçün döyünməkdədir. İşğal altındakı torpaqlar mütləq geri alınacaqdır. Başqa bir alternativ fikirləşmirik. Bu mübarizədə şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyirik. Qələbə mütləq və mütləq Azərbaycanın olacaqdır. Bu münasibətlə Sizi Ali Baş Komandan kimi təbrik edirik. Azərbaycan varsa, Türkiyə var, Türkiyə varsa, Azərbaycan var. Türkiyə Hotel, Restoran, İstirahət Mərkəzləri İşçilərinin (TOLEYİS) Həmkarlar İttifaqının Ali Məclisinin üzvləri olaraq haqq mübarizənizi dəstəklədiyimizi bildiririk”.
Rusiyanın Tula şəhərindən Asya Əliyeva: “Hörmətli Prezident İlham Əliyev, mən əslən Balakən rayonundan, milliyyətcə avar olan azərbaycanlıyam. Hazırda Rusiyada, Tula şəhərində yaşayıram. Xalqımıza verdiyiniz sevinc və qürur hislərini ifadə etmək üçün söz tapmaq çətindir. Həyəcanla Vətənimizdə baş verən hadisələri müşahidə edir, bu günlərdə həmvətənlərimlə bir sırada olmadığıma görə təəssüf edirəm.
Rusiya mətbuatı bəzən hadisələri öz marağı ətrafında təqdim edir, bəzən isə Ermənistan hakimiyyətini dəstəkləyir. Xalqımızın əzmi qarşısında bunların da əhəmiyyəti yoxdur. Artıq ermənilər itkiləri barədə məlumatları aldıqca mənən tükənirlər. Sizin savadınıza, intellektual və mədəni ifadə olunmaq bacarığınıza, ensiklopedik biliyinizə heyranıq, həmçinin Sizinlə qürur duyuruq. Ətrafımda olan rusların, digər millətdən olan insanların da Sizdən təsirləndiyini görürük. Sizinlə və Vətənimizlə fəxr edirik. İnşallah, qələbə bizim olacaq. Dualarımız Sizinlədir”.
Lerik rayonunun sakini Eldar Əliyevin məktubunda deyilir: “Hörmətli cənab Prezident, Sizinlə fəxr edirəm. Siz başda olmaqla, şanlı Ordumuzun qazandığı zəfərlərə görə təşəkkür edirəm. Qoy şəhidlərimizin qanı yerdə qalmasın, torpaqlarımız mənfur düşmən tapdağı altında qalmasın. Azərbaycan Ordusu ilə qürur duyuram. Sizə və Ordumuza güvənirik. Nə yaxşı ki, belə mərd, qorxmaz igidlərimiz var. Cənab Prezident, iki oğlum, beş qızım var. Hazırda bir oğlum - Qurbanəli Əliyev ön cəbhədə döyüşür. Mən bütün əsgərlərimizlə fəxr edirəm. Allah onların hamısını qorusun! Lazım gələrsə, özüm də və o biri oğlum da Vətən uğrunda döyüşməyə hər an hazırıq. 1992-1993-cü illərdəki hadisələri, namərd qonşumuzun, düşmənlərimizin dinc əhalimizin başına gətirdiyi müsibətləri, Xocalıda törətdikləri qətliamı ürək ağrısı ilə xatırlayırıq. İnanırıq ki, o zaman həlak olan günahsız insanların qanı yerdə qalmayacaq. Qüdrətli Ordumuzun sayəsində onların intiqamı alınacaq. Qoy ulu öndər Heydər Əliyevin ruhu şad olsun ki, övladı İlham Əliyev Qarabağ torpaqlarını düşməndən azad edir. Eşq olsun Azərbaycan Prezidentinə! Qarabağ Azərbaycandır!”.
Bakı şəhərinin sakini Kürdoğlu Əsgərov: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, işğal olunmuş torpaqlarımızın Sizin qüdrətli və yüksək komandanlğınızla müzəffər Ordumuz tərəfindən azad olunması və düşmənə sarsıdıcı zərbələr endirilməsi hər bir Vətən övladı kimi mənim də ürəyimi dağa döndərir. Biz hazırda erməni əsirliyində olan Dilqəm Əsgərovun ailəsi adından yazaraq ölkəmizin ərazi bütövlüyü uğrunda başlatdığınız əks-hücum əməliyyatına görə Sizi alqışlayırıq və hər zaman Sizinlə həmrəy olduğumuzu bildiririk. Bütün torpaqlarımızın yağı düşmən tapdağından azad olunacağına, əsirlikdə olan bütün həmvətənlərimizin və atamın azad olunaraq öz doğma yurdlarına dönəcəklərinə əminəm. Fürsətdən istifadə edərək bildirirəm ki, biz də Kəlbəcər rayonundan didərgin düşərək məcburi köçkün həyatı yaşayırıq. Sizin hər bir Azərbaycan vətəndaşının prezidenti olacağınız barədə dediyiniz fikirlər sadə bir vətəndaş olan bizim də həyatımızın bəzəyi olmuşdur. Belə ki, atamın icarəyə götürdüyü ərazidə mülkiyyətə dəymiş zərərə görə kompensasiya ödənilməsi barədə Sizə ünvanladığımız müraciətimizə də həssas yanaşılmış və problem həllini tapmışdır. Bu, Sizin hər bir Azərbaycan vətəndaşına göstərdiyiniz diqqət və qayğının təzahürüdür. Cənab Prezident, Allahdan Sizə cansağlığı və haqq yolunda qələbə arzulayırıq! Qarabağ Azərbaycandır!”.
Bakı sakini Dəniz Babayeva: “Hörmətli cənab Prezident, bu məktubu Sizə Zəngilan rayonundan məcburi köçkün olan Babayev Elnur Vidadi oğlunun qızı Dəniz Babayeva yazır. Hazırda ailəmiz Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, 4 nömrəli trestin binasında müvəqqəti məskunlaşıb. Mən isə həmin rayonun 73 saylı tam orta məktəbinin 6-cı sinif şagirdiyəm. Əziz Prezidentimiz, mən torpaqlarımızın bir hissəsinin işğaldan azad edilməsi münasibətilə Sizi təbrik edirəm. İnanıram ki, işğal altında olan bütün torpaqlarımız düşmən tapdağından azad olunacaq və bütün məcburi köçkünlər kimi bizim ailəmiz də öz doğma yurd-yuvasına qayıdacaq. Biz Sizi sevirik, Sizə inanırıq və Sizi daim dəstəkləyirik. Yaşasın bizi qələbədən-qələbəyə səsləyən ər sərkərdəmiz İlham Əliyev! Yaşasın şanlı Ordumuz! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.
Ağdam rayonundan Səfalı Bağırov: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, mən, Ağdam rayonu Muğanlı kənd sakini, məcburi köçkün Bağırov Səfalı Rizvan oğlu həm öz adımdan, həm də bütün ağdamlılar adından Sizə təşəkkürümü bildirirəm. Erməni təxribatları səbəbindən başlanan əks-hücum əməliyyatlarında Ulu Tanrı Sizə və Ordumuza yar olsun. Amin. Mən öz növbəmdə, bu günlərə, Sizin kimi Ali Baş Komandana və qüdrətli Azərbaycan Ordusuna görə ulu öndərimiz Heydər Əliyevin o böyük ruhu qarşısında baş əyirəm. Allah Ulu Öndərimizə və bütün şəhidlərimizə rəhmət etsin. Cənab Prezident, Sizə möhkəm cansağlığı və böyük zəfər arzu edirəm”.
Bakı şəhər sakini İntizam Məmmədov: “Hörmətli Prezidentimiz, mən Ordumuzun qələbələrinə çox sevinirəm. Anam isə sevincindən ağlayır. Əziz Prezidentimiz, mən də əsgər olmaq istəyirəm. 12 yaşında olmağıma baxmayaraq, mən də ön cəbhəyə getmək, Vətən uğrunda döyüşmək istəyirəm. Şəhidlərimiz tarixə düşür, mən də tarixə düşmək istəyirəm. Vətənimi, Azərbaycanı anam qədər sevirəm. Qardaşlarımı vuruşan görəndə, mən də onların yanında olub, kömək etmək istəyirəm. Bunun üçün mən balaca deyiləm. Erməniləri Sizin dediyiniz kimi, “iti qovan kimi” qovmaq istəyirəm. Mən Vətənimi sevirəm! Mən torpağımı sevirəm! Mən Prezidentimi sevirəm!”.
Balakən
rayon sakini Qahirə Balayeva: “Hörmətli cənab Ali Baş
Komandan, mən bu məktubu Sizə yazmaya bilməzdim. Cənab
Prezident, uzun illərdir ki, düşmən tapdağında
olan torpaqlarımız bu gün Sizin qətiyyətiniz nəticəsində
geri alınır. Sizə bu çətin və şərəfli
işinizdə uğurlar arzu edirəm. Sizin hər dəfə
televiziyada çıxışlarınızı izləyərkən
evdə ailəlikcə sevinir və bir daha qürur duyuruq ki,
dünya liderləri arasında tanınan, sözünü kəskin
deyə bilən Prezidentimiz var. Allahdan Sizə uzun ömür,
cansağlığı arzu edirəm. Arzu edirəm ki, Siz daim
bizim dövlətimizin rəhbəri olasınız. Sizin
alternativiniz yoxdur. Biz Sizinləyik! Allah Sizi və Ordumuzu qorusun! Qarabağ
Azərbaycandır!”.
Lənkəran
sakini Rza Rzayev dövlətimizin başçısına
yazır: “Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə
qüdrətli Ordumuzun işğal olunmuş
torpaqlarımızı azad etməsi xəbərləri
bütün vətəndaşlar kimi biz ruhanilərin də
böyük sevincinə səbəb oldu. Rəşadətli
Ordumuzun bu minvalla Şuşada üçrəngli
bayrağımızı dalğalandıracağı gün
çox yaxındadır. Cənab Prezident, ehtiyac
yaranarsa, biz ruhanilər də müqəddəs
torpaqlarımızın mənfur düşmənin
tapdağından azad edilməsi uğrunda canımızla,
qanımızla döyüşməyə hazırıq. Sizin kimi Ali Baş Komandanımız olduğuna
görə fəxr edirik. Bu haqq işimizdə Allah Sizi,
millətimizi və dövlətimizi qorusun!”.
Gəncə
şəhərindən Tərlan Ələsgərova:
“Hörmətli cənab Prezident, Sizin kimi dahi rəhbəri Azərbaycana
bəxş edən Heydər Əlirza oğlunun ruhu şad
olsun! Sizin apardığınız uğurlu
daxili və xarici siyasət nəticəsində dövlətimiz
güclənmiş, ölkəmiz çiçəklənmiş
və xalqımızın rifahı yüksəlmişdir.
Son illər Ordumuzu gücləndirmək istiqamətində
apardığınız işlər bu gün öz bəhrəsini
verməkdədir. Şanlı Ordumuz
işğal olunmuş torpaqlarımızın azad edilməsi
uğrunda böyük zəfərlər qazanır. Cənab
Ali Baş Komandan, Siz Qarabağ daxil olmaqla bütün Azərbaycanın
bayraqdarısınız! Gün o gün olsun ki, üçrəngli
bayrağımız Şuşaya sancılsın!”.
Xocalı
sakini Vəsilə Məhərrəmova: “Möhtərəm cənab
Prezident, mən Xocalı şəhərindən məcburi
köçkün düşmüş və hər iki
valideynini itirmiş 25 nəfərdən olan bir şəhid
qızı kimi bizə indiyə qədər göstərdiyiniz
qayğı və diqqətə görə həmişə
Sizi öz arxamızda hiss etmişik. İndi də biz hər
iki valideynini itirmiş uşaqlar olaraq Sizin
arxanızdayıq. Sizin bu çətin anlarda
xalqa müraciətinizə baxaraq həsrət göz yaşlarımız
sevinc göz yaşları ilə əvəz olunur. Sizinlə hər zaman qürur duyuruq və fəxr
edirik. İnşallah, Sizin yürütdüyünüz
siyasət nəticəsində tezliklə Xocalımıza,
Şuşamıza, Laçınımıza və
bütün Qarabağımıza qovuşacağıq, şəhidlərimizin
qanı yerdə qalmayacaq və bayrağımızı Sizin
sayənizdə Qarabağımızda
dalğalandıracağıq. Siz bizim
inandığımız və arxalandığımız
Prezidentimizsiniz. Siz bizim qüdrətli Ali
Baş Komandanımızsınız. Qarabağ Azərbaycandır!”.
Azərbaycan.-2020.-17 oktyabr.- S.3.