Hikmət Hacıyev: Ordubada raket zərbəsi Ermənistanın bütün vasitələrlə münaqişənin coğrafi miqyasını genişləndirməyə çalışdığını göstərir

 

Ermənistan Naxçıvanın Ordubad rayonuna raket zərbəsi endirib. Bu, göstərir ki, Ermənistan bütün vasitələrlə münaqişənin coğrafi miqyasını genişləndirməyə çalışır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisiPrezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan Azərbaycanın döyüş zonasından kənardakı şəhərlərinə raket atəşi açır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

 

 

Azərbaycan.-2020.-17 oktyabr.- S.4.