Azərbaycan koronavirusla mübarizədəki nəticələrə görə də Ermənistanı məğlub edir

 

Pandemiyaya qarşı savaşda əldə ediləcək daha uğurlu göstərici Azərbaycan əsgərinə ən böyük dəstək olacaq

 

2020-ci il başlayandan dünyanı lərzəyə salan yeni növ koronavirus (COVID-19) infeksiyası yayılmaqda davam edir. Hazırda pandemiya ikinci dalğası ilə bütün planeti qorxu altında saxlayır. Payız-qız mövsümünün başlaması isə təhlükəli virusa yoluxma riskini daha da artırır. Artıq dünyada koronavirusa yoluxanların sayı 38 milyonu ötüb. ABŞ COVID-19-a yoluxmaölüm sayına görə dövlətlər sırasında liderliyini qoruyur. Növbəti sıralarda Hindistan, Braziliya, RusiyaKolumbiya gəlir.

 

Ermənistanda koronavirusa yoluxma Azərbaycandan 3, 8 dəfə çoxdur

 

Avropa ölkələrində də xəstəliyə yoluxma halları kütləvi hal alaraq təhlükəli məcraya yönəlib. Pandemiyanın alovlanması və yeni yoluxma hallarının kəskin artması bir çox dövlətləri karantin rejimini və məhdudiyyətləri sərtləşdirməyə məcbur edib. Ukraynada karantin müddətinin ilin sonuna qədər uzadılması qərara alınıb. Qazaxıstanda isə ötən gündən karantin tədbirləri yenidən gücləndirilib.

Gürcüstan və Ermənistanda da təhlükəli infeksiyaya yoluxmaölüm halları gündən-günə artmaqdadır. Bir müddət öncə COVID-19-a ən az yoluxma halına görə nümunə göstərilən Gürcüstanda son günlər gündəlik xəstəlik statistikası 600 civarındadır. Ermənistanda da koronavirusa yoluxma kütləvi hal alıb. Əhalisinin sayı Azərbaycandan 3 dəfə az olan Ermənistanda koronavirusa gündəlik yoluxma halı Azərbaycandan 3,8 dəfə çoxdur. Elə təkcə bir sutkanın statistikasını müqayisə etdikdə bu rəqəmi almaq olar. Belə ki, oktyabrın 13-də Azərbaycanda koronavirus infeksiyasına 277, Ermənistanda isə 1058 yeni yoluxma faktı qeydə alınıb. Ermənistanda bu vaxta qədər koronavirusdan ölənlərin sayı 1039-a çatıb. Ölkəmizdə isə 612 nəfər bu infeksiya səbəbindən vəfat edib. Bu da onu deməyə əsas verir ki, Azərbaycan koronavirusla mübarizədəki nəticələrə görə də Ermənistanı üstələyir.

 

Xəstəliyin sürətlə yayılması ciddi təhlükədir

 

Azərbaycan bu gün iki cəbhədə savaş aparır. Ölkəmiz Qarabağda olduğu kimi, koronavirus cəbhəsində də ciddi, gərgin, düşünülmüş mübarizəyə atılıb. Dövlət bütün resurslarını koronavirusla mübarizəyə və torpaqlarımız uğrunda gedən müharibəyə səfərbər edib. Lakin Ermənistanın növbəti təxribatı nəticəsində başlanmış müharibə, Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad olunması istiqamətində qazandığı qələbələr koronavirus pandemiyasını unutdurubarxa plana keçirib. İnsanlar koronavirusa bir qədər laqeyd yanaşmağa başlayıblar.

Son günlər ölkəmizdə koronavirusa yoluxanların sayında müşahidə edilən artım, yoluxmasağalma halları arasında əldə olunmuş müsbət dinamikanın mənfiyə doğru dəyişməsi, sanitar-epidemioloji durumun pisləşməsi bunu deməyə əsas verir. Koronavirusla mübarizədə son vaxtlar əldə olunan uğurlar cəmiyyətdə vaxtından əvvəl arxayınlıq yaradıb. Belə ki, sosial məsafənin gözlənilməməsi, maskadandezinfeksiya vasitələrindən istifadə edilməməsi halları artıb. Dayanacaqlarda, ictimai nəqliyyat vasitələrində bəzən karantin qaydalarına əməl olunmur. Ticarət, iaşə-məişət obyektlərində, ictimai nəqliyyatda ciddi pozuntu halları artıq insanları narahat etmir. Eyni zamanda havanın temperaturunun dəyişkən olması, soyuq hava şəraiti ilə bağlı insanların qapalı məkanlara toplaşması, immunitetin aşağı düşməsi, məkanlarda pəncərələrin qapalı saxlanılması, insanlar arasında ünsiyyətin artması kimi səbəblər də xəstəliyin sürətli yayılmasına zəmin yaradır. Bu isə hazırki müharibə dövründə bütün cəmiyyətimiz, xüsusilə də döyüş meydanında düşmənlə ölüm-dirim savaşına çıxan hərbçilərimiz üçün ciddi təhlükədir.

 

Karantin qaydalarına riayət etmək əsgərlərimizin sağlamlığı üçün vacibdir

 

Unutmamalıyıq ki, pandemiya qaydalarına əməl etməməklə hərbçilərimizin də sağlamlığına təhlükə yarada bilərik. Koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir. Vətənimizin ağır dövründə özümüzü xəstəliklərdən qorumaqla ön cəbhədə döyüşən hərbçiləri də bu bəladan xilas etmiş olarıq. Hərbçilərimizin sıravi vətəndaşlarla buya digər səbəbdən təmasda olduğunu nəzərə alaraq, əminliklə demək olar ki, hər bir koronavirus xəstəsi infeksiyanı cəbhəyə ötürə, hərbçilərimiz arasında xəstəliyin yayılmasına səbəb olaözü də bilmədən ordumuzun ardıcıl uğurlarına ciddi zərbə vura bilər. Bundan başqa, koronavirusa yoluxma hallarının artması xəstəxanaların yüklənməsinə, tibbi kadr çatışmazlığına, nəticədə yaralı əsgərlərin müalicəsində çətinliklər yaranmasına səbəb olar. Xəstəxanaların, tibb işçilərinin diqqəti cəbhəyə yönəldiyi bir dövrdə onları bu vacib missiyadan ayırmaq olmaz. Həm ön cəbhəyə, həm də həkimlərə kömək etmək, özümüzün və əsgərlərimizin sağlamlığını qorumaq üçün karantin qaydalarına xüsusi diqqət yetirməliyik. Bütün bunları nəzərə alaraq hamı üzərinə düşən məsuliyyəti unutmamalı, xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməlidir. Bu kimi önləyici tədbirlər bizi payız-qış mövsümü üçün xarakterik olan digər respirator xəstəliklərə yoluxmaqdan da qoruya bilər. Hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməlidir.

İndiki müharibə vəziyyətində koronavirusla mübarizə, əhalinin sağlamlığının qorunması həm də güclü əsgər, güclü vətəndaş deməkdir. Bu, xüsusi, hətta strateji əhəmiyyətə malik məsələdir. Bu gün orduya dəstək vermək istəyən hər bir vətəndaş, ilk növbədə, əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir. Əsgərlərimiz Vətən uğrunda mətinlik, güclü iradə və əzm nümayiş etdirirodur ki, ən azı onların sağlamlığı naminə sadə qaydalara əməl etmək heç kim üçün çətin olmamalıdır. İnanaq ki, bu dəfə də Azərbaycan vətəndaşları məsuliyyətli davranacaq, hər iki cəbhədə, düşmənə fürsət verməyəcəklər.

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2020.- 15 oktyabr.- S.10.