Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının bir neçə kəndini işğaldan azad edib

 

Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşlu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çıraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter” səhifəsində yazıb.

 

Azərbaycan.-2020.-18 oktyabr.- S.1.