Erməni barbarlığının daha bir təsdiqi

 

Düşmənin budəfəki hədəfi dəfnə toplaşan dinc əhali oldu

 

Bütün sivil dünyanı şoka salmaqda davam edən qanlı faktlarla bir daha təsdiq olunur ki, Ermənistanın faşist rejimi həqiqətən bəşəriyyətin üz qarasıdır. Dünya tarixində haqlı-haqsız çox müharibələr olub. Müharibənin isə öz qanunları var. Mülki əhaliyə əl qaldırılmaz, qadını, qocanı, uşağı, yaralını öldürməzlər.

Erməni işğalçıları isə Qarabağ savaşında uduzduqlarını dərk edib təslim olmaq, reallıqla barışmaq əvəzinə quduz itə dönüb xislətlərindən əl çəkmir, daha çox öldürməyə, daha çox qan tökməyə çalışırlar. Bu cavablar cəbhə xəttində, döyüş meydanında olsaydı, başa düşülərdi. Təəssüf ki, belə deyil. İki dalaşanın, iki düşmənin biri uduzar. Amma adam uduzanda da kişi kimi uduzar, namərdliyə əl atmaz...

Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə bu günlərdə gecəyarı, dinc əhalisi yuxuda ikən Ermənistan ərazisindən atılan raketin törətdiyi faciə dünya ictimaiyyəti və mediasında faşizim, barbarlığın iyrənc nümunəsi kimi müzakirə olunduğu bir zamanda azğın düşmən daha bir faciəyə öz şərəfsiz imzasını atdı. Oktyabrn 15-də günorta radələrində Tərtər şəhər qəbiristanlığında dəfn mərasimi zamanı məzarlığı hədəfə aldı. Qandonduran bu hadisə zamanı Tərtərin 3 sakini həlak oldu, 5 nəfər isə müxtəlif dərəcəli xəsarət aldı.

Əlavə sözə ehtiyac qalmır. Vəhşiliyin son həddi, qana susayanların insanlıqla bir araya sığmayan qətl əməli ortadadır. Qoy, 30 ildən bəri işğala məruz qalan bir xalqın şərəf hissini birtərəfli və dayanıqsız sülh çağırışları ilə söndürməyə çalışan dünya dövlətləri bu qanlı olayın obyektiv qiymətini versin! Qalanını Azərbaycan Ordusu özü edəcək, özü də artıqlaması ilə!

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2020.-16 oktyabr.- S.6.