Gəncəyə atılan raket zərbəsindən Azərbaycan-Gürcüstan elektrik xətti zədələnsə də, qısa vaxtda bərpa edilib

 

"Azərenerji” ASC-nin Mətbuat xidmətinin verdiyi məlumata görə, oktyabrın

17-də təcavüzkar erməni silahlı birləşmələri gecə saat 01 radələrində Mingəçevir və Gəncə şəhərlərinə ballistik raketlərdən zərbələr endirib. Mingəçevir şəhərində yerləşən elektrik stansiyalarına hədəflənmiş raketlər havada məhv edilsə də Gəncə istiqamətində endirilən zərbə nəticəsində Beynəlxalq əhəmiyyətli 500 kV-luq Samux-Qardabani hava elektrik xəttində qəza baş verməsinə səbəb olub.

24 saat fasiləsiz xidmət göstərən "Azərenerji” ASC əməkdaşları qısa vaxt ərzində Azərbaycandan Gürcüstana enerji ötürülən xətdə baş verən qəzanı aradan qaldırıblar.

 

Azərbaycan.-2020.- 18 oktyabr.- S.16.