Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli Prezident Əliyev.

Dağlıq Qarabağda davam edən hərbi əməliyyatlarla yanaşı, tarixi Gəncə şəhərinin dəhşətli hücumlara məruz qalmasından böyük kədər hissi keçiririk. Bu dəhşətli zorakılığın qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk.

Biz Sizin rəhbər kimi daşıdığınız məsuliyyətli yükü yalnız təsəvvür edə bilərik. Amma inanırıq ki, müdrikliyiniz və qətiyyətliyiniz sayəsində düşmənlərinizə və maneələrə baxmayaraq ölkənizi bu ağır sınaqdan uğurla çıxararaq ədalətə və beynəlxalq hüquqa hörmətə əsaslanan sülhə doğru aparacaqsınız.

Oktyabrın 18-i - Azərbaycanın müstəqilliyini qeyd etdiyimiz bu gün gələcəyə baxarkən keçmiş nailiyyətlərimizdən gücinam almaq üçün daha bir səbəbdir. Gəncə və bütün Azərbaycan vətəndaşları ilə həmrəy olduğumuzu vurğuladığımız bir vaxtda bu gün həm də gələcək barədə düşünmək üçün bir imkandır.

Dəstəyimizi və ən xoş arzularımızı qəbul etməyinizi xahiş edirik.

 

Vaira Vike-Freyberqa

1999-2007-ci illərdə Latviyanın Prezidenti,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri.

 

İsmail Serageldin

1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri.

 

Azərbaycan.- 2020.- 20 oktyabr.- S.2.