İlham Əliyevin növbəti siyasi-diplomatik zəfəri

 

BMT Təhlükəsizlik Şurasında Azərbaycanın maraqlarına cavab verməyən bəyanatın layihəsi geri götürülüb

 

 

Qədim yurd yerimiz olan Dağlıq Qarabağın azad edilməsi üçün başlanan Vətən müharibəsi davam edir. Cəmi bir neçə həftə ərzində ordumuz cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatları keçirərək işğal olunmuş ərazilərimizin bir qismindən düşməni qovub, Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinə nəzarətimizi təmin edib.

 

 

Danışıqlar Azərbaycanın şərtlərinin yerinə yetiriləcəyi təqdirdə mümkündür

 

 

Azərbaycan-Ermənistan münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 1994-cü ildən bəri aparılan danışıqlar məhz işğalçıya təsir göstərilməməsi səbəbindən nəticəsiz idi. O cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il ərzində qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr yerinə yetirilməmiş qalıb. Ötən dövrdə BMT, digər təşkilatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğaldan azad edilməsinə maraq göstəriblər.

Maraqlıdır ki, Ermənistanın işğalçı siyasətinə göz yuman öz laqeydlikləri ilə bu işğala rəvac verən ayrı-ayrı beynəlxalq təşkilatlar, bəzi dövlətlər Azərbaycanın uğurlu hərbi əməliyyatları başlayandan bəri atəşin dayandırılması, problemin danışıqlar masası ətrafında həlli üçün canfəşanlıq edirlər.

Lakin Azərbaycanın şərtləri tələbləri var bunu Prezident İlham Əliyev xalqa müraciətlərində müsahibələrində bəyan edib. Bildirilib ki, danışıqlar Azərbaycanın şərtlərinin yerinə yetiriləcəyi təqdirdə mümkündür. Bəli, bu gün döyüş meydanında olduğu kimi, danışıqların keçirilməsinə dair şərtləri Azərbaycan diktə edir.

 

 

Ermənistana daha bir zərbə BMT- vuruldu

 

 

 

Bu günlərdə BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya, ABŞ Fransa tərəfindənprezidentinin bəyanatının layihəsi hazırlanmış razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdı. Lakin bəyanatın layihəsində TŞ-nin 1993-cü ildə qəbul etdiyi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 884 saylı qətnamələrə istinad yer almamışdı.

Buna görə TŞ- təmsil olunan Qoşulmama Hərəkatına (QH) üzv olan 7 ölkə - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent Qrenadin - layihəyəqətnamələrinə istinadın daxil edilməsini təklif edib. Lakin həmsədr ölkələr bunun qəbuledilməz olduğunu bildiriblər. Həmsədr ölkələr tərəfindən bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərilməsinə baxmayaraq, QH ölkələri prinsipial mövqe nümayiş etdirərəkqətnamələrinə istinadın yer almasında təkid ediblər. Bundan sonra həmsədr ölkələr rüsvayçılıqla bəyanat layihəsini geri çəkməyə məcbur olublar.

Xatırladaq ki, son 25 ildə ilk dəfə idi ki, Qarabağ məsələsi TŞ- müzakirə olunurdu. Həmsədrlər tərəfindən hazırlanmış bəyanat layihəsi isə sırf onların üslubunda idi. Atəşkəsə nail olunması, danışıqların aparılması kimi şablon, çeynənmiş fikirlər. Dişsiz, məzmunsuz, ünvansız, işğalçı işğala məruz qalan ölkə arasında fərqin qoyulmadığı bir mətn. Layihə ilə tanışlıq göstərir ki, həmsədr ölkələr öz xislətlərinə sadiq qalaraq erməni təəssübkeşliyindən əl çəkə bilmirlər. qətnamələrinə bu münasibət ilə onlar bir daha özlərini ifşa etdilər. Həmsədrlər ədalətli, bitərəf deyillər, onlar açıq-aşkar işğalçının tərəfini tuturlar.

 

 

mənasız bir quruma çevrilib

 

 

Bəs nəyə görə həmsədr ölkələr TŞ-nin 1993-cü ildə qəbul olunmuş qətnamələrindən bu qədər qorxurlar? qətnamələrinin adı çəkiləndə nəyə görə narahat olurlar? Çünki həmin qətnamələrdə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarını dərhal qeyd-şərtsiz tərk etmələrinə dair tələblər yer alıb. TŞ-nin 884 saylı qətnaməsində "822, 853, 874 saylı qətnamələrin icra edilməsi üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edilir.

Həmin vaxt bu qətnamələrin qəbuluna indi Minsk qrupunun həmsədri olan dövlətlər müsbət münasibət bildiriblər. Amma indi hazırlanan layihədə həmin qətnamələrə istinad edilməməsi özünün səsinə, imzasına hörmət etməmək, öz-özünü təhqir etmək deməkdir. Münaqişənin indiyə qədər həll olunmamasının günahkarı da Ermənistan Minsk qrupunun həmsədr ölkələridir. Son baş verənlər həmsədrlərin Azərbaycan cəmiyyətində niyə qıçıq qəzəb yaratdığını aydın surətdə izah edir.

Görünən başqa bir reallıq odur ki, TŞ-nin özü tamamilə mənasız bir quruma çevrilib. Dünyada onun kimi antidemokratik bir qurum yoxdur. Çünkidaimi üzvlərinin girovuna çevrilib. Daimi üzvləri isə ancaq çirkin siyasi konyuktura ilə məşğul olurlar. Nəyə görə Türkiyə, Pakistan, İndoneziya, Braziliya, Cənubi Afrika kimi ölkələr TŞ-nin daimi üzvü olmamalıdır? Nəyə görə TŞ-nin daimi üzvləri arasında Afrikadan, Cənubi Amerikadan bir dənə ölkə yoxdur? Dünyanın taleyini vaxta qədər müstəmləkə keçmişinə malik, neokolonist düşüncəli ölkələr həll etməlidir?

 

 

 

Azərbaycan Prezidentinin uğurlu xarici siyasətinin nəticəsi

 

 

Qeyd etdiyimiz kimi, Azərbaycanın maraqlarına uyğun olmayan bəyanat layihəsinin qəbul edilməməsində QH-yə üzv olan ölkələrin tarixi rolu olub. Onlar ədaləti, beynəlxalq hüququ dəstəkləməklə QH-nin prinsiplərinə, dəyərlərinə sadiq qaldıqlarını nümayiş etdirdilər. Bu həm də QH-nin bir daha beynəlxalq münasibətlər sistemində ciddi faktor olduğunu göstərdi.

Bəzən bir sıra müxalifət nümayəndələri "QH-yə qoşulmaq Azərbaycanın nəyinə lazımdır”, "Nəyə görə başqa ölkələrə humanitar və maliyyə yardımları edilir” kimi yanlış mühakimələr yürüdürdülər. Amma bu gün hər kəs gördü ki, Prezident İlham Əliyevin xarici siyasət xətti zərgər dəqiqliyi ilə ölçülüb-biçilib və uzunmüddətli hədəflərə hesablanıb. Azərbaycan qısa müddət ərzində qazandığı nüfuzinama görə QH-nin sədri seçilib. Prezident İlham Əliyev QH ölkələri adından koronavirusa qarşı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış edib ki, dünyanın 130-dan çox ölkəsi bu təşəbbüsü dəstəkləyib. Azərbaycan yalnız COVID-19-la bağlı 30-dan çox ölkəyə maliyyə və humanitar yardımlar göstərib. Buna görə BMT TŞ-də ədalətsiz bəyanatın qəbul edilməməsi və QH-yə üzv ölkələrin dəstəyi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir.

 

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2020.- 25 oktyabr.- S.1-2