Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana
qarşı təcavüzünü və Azərbaycanın mülki əhalisinə hücumlarını qəti
pisləyən qətnamə qəbul edib
28 oktyabr 2020-ci il tarixdə, Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı qəddar hücumlarını qəti pisləyən qətnamə qəbul edib. Qətnamə millət vəkili, sabiq spiker Sərdar Ayaz Sadiqin təşəbbüsü ilə Assambleyaya təqdim olunub və yekdilliklə təsdiqlənərək qəbul edilib.
2012-ci
il fevral ayının 1-də Pakistan Senatının Xarici
Əlaqələr Komitəsi, 2017-ci ilin fevral ayının 2-də isə Pakistan Milli
Assambleyasının Xarici İşlər üzrə Daimi
Komitəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünü
pisləyən və Xocalı soyqırımını
tanıyan qətnamələr qəbul etmişdir.
Azərbaycan.-2020.- 29 oktyabr.- S.7.