Pandemiyanı yalnız qaydalara əməl etməklə nəzarətdə saxlamaq mümkündür

 

Ötən ilin dekabrında Çin hökuməti Uhan şəhərində naməlum pnevmoniyanın yayılmağa başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi və mütəxəssislər həmin xəstəliyə yeni növ koronavirusun səbəb olduğunu müəyyənləşdirdilər.

ÜST COVID-19 adlandırılan infeksiyanı bu il martın 11-dən pandemiya elan etdi. Xeyli vaxt keçməsinə baxmayaraq, koronavirus addım-addım kainata yayılmaqda, yoluxma zəncirini ölüm sayını sürətlə artırmaqda davam edir.

Bu bir reallıqdır ki, dünyada pandemiya ilə bağlı vəziyyət getdikcə pisləşir infeksiyaya yoluxma halı hazırda daha sürətlə yayılaraq 50 milyon nəfərə çatır. Azərbaycanda koronavirusun yayılmağa başladığı ilk zamandan etibarən ona qarşı effektiv tədbirlərə start verilib, vətəndaşların həyatı, sağlamlığı prioritet məsələ kimi önə çıxarılıb. Pandemiyaya qarşı vaxtında görülmüş preventiv tədbirlər sayəsində Azərbaycan dünyanı bürümüş virusa qarşı mübarizədə nümunəvi ölkələr sırasında qərarlaşmışdı.

Bir müddət əvvələ qədər ölkəmizdə COVID-19-a yoluxma sayı gündəlik 100 nəfərdən aşağı olmuşdu. Təəssüf ki, son zamanlar bir çox obyektiv subyektiv səbəblərdən dünyada olduğu kimi, ölkəmizdə yeni növ koronavirus infeksiyasına yoluxma hallarında artım müşahidə edilir. Beynəlxalq mütəxəssislər yoluxmanın artmasına payız-qış mövsümünün şərait yaratdığını, yumşaldılmaları bu zaman əhalinin pandemiya şərtlərinə tam əməl etməməsini səbəb göstərirlər.

 

 

 

Bəziləri sosial məsafəni gözləmədi, maskadan istifadəni unutdu ...

 

 

Ölkəmizdə isə yoluxma sayının artmasına, sadalanan məsələlərlə yanaşı, həm bir aydır apardığımız Vətən müharibəsi səbəbindən pandemiyanın arxa plana keçməsi, unudulması oldu. Diqqətimizin tamamilə cəbhəyə yönəlməsi, ard-arda aldığımız qələbə xəbərləri sanki bizlərdə koronavirus adlı ikinci düşmənin məhv olması kimi yanlış fikir formalaşdırdı. Ona görə sosial məsafə gözlənilmədi, maska taxılmadı gigiyena qaydalarına yetərincə əməl edilmədi.

Buna görə mövcud sanitar-epidemioloji vəziyyət, koronavirusa yoluxmuş aktiv xəstə sayı yoluxma sürəti əsas götürülməklə, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiqinə qərar verilib. Noyabrın 2-dək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub. Dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq digər əməkdaşlar məsafədən rejiminə keçirilib. Sözügedən tarixədək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.

COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə oktyabrın 24-dən Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına Mingəçevir şəhərinə operativ xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılıb. Eyni zamanda adıçəkilən rayonlarda şəhərdə həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

 

 

 

Səhhətlə bağlı istənilən dəyişiklik məsuliyyəti artırmalıdır

 

 

 

TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva bildirib ki, koronavirus xəstəliyi 80 faizdən çox hallarda yüngül simptomlarla keçir, onun spesifik müalicəsi yoxdur. Xəstəliyi orta ağır ağır keçirənlərə dəstək müalicəsi tətbiq olunur: "Digərləri isə müalicə olunmadan belə sağala bilər. Belə ki, xəstəlik gənclərdə, uşaqlarda, xroniki xəstəliyi olmayanlarda, risk qrupundan kənarda qalanlarda öz-özünə sağalıb keçə bilər. Yanaşı xəstəliyi, xroniki xəstəliyi olanlar, risk qrupuna aid edilənlər, yaşlılar, immunsupressiv xəstələr koronavirusu daha ağır keçirirlər. Ölüm statistikasında da bu meyarlar üstünlük təşkil edir”.

N.Mustafayeva deyib ki, COVID-19-dan həyatını itirənlər arasında öz-özünə müalicə alan, xəstəxanaya gec müraciət edən şəxslər az deyil. İnsanlar arasında bəzən yanlış fikirlər yaranır, əlamətləri müşahidə etsələr , soyuqdəymə, soyuq su içmə ilə əlaqələndirir, koronavirusa yoluxduğunu ağıllarından belə keçirmək istəmirlər. Bu səbəbdən gecikmələr müşahidə olunur. Yalnız iş-işdən keçdikdən, xəstənin vəziyyəti ağırlaşdıqdan evdəki müalicələr öz təsirini göstərmədikdən sonra onlar xəstəxanaya müraciət edirlər: "Bizim onlara edə biləcəyimiz yardım müəyyən imkanlar çərçivəsindədir. Buna görə bəzən görülən tədbirlər fayda vermir”.

İnfeksionistin sözlərinə görə, koronavirusa yoluxanlarda əksər hallarda qızdırma, öskürək, təngnəfəslik, dadbilmə, iybilmənin itirilməsi müşahidə olunur. Lakin bunlar on minlərlə xəstənin ümumiləşdirilmiş simptomlarıdır. İshal belə bu xəstəliyin əlaməti ola bilər: "Bu o demək deyil ki, testləri pozitiv çıxan xəstələrin hamısında həmin simptomlar müşahidə olunacaq. Qızdırması qeydə alınmayan, lakin koronavirus keçirib sağalan xəstələr var. Buna görə hazırda səhhətimizlə bağlı istənilən dəyişiklik məsuliyyətimizi artırmalıdır. Adi günlərdən fərqli hiss olunan əlamətlər, yəni iştahasızlıq, əzələ, boyun, baş ağrıları, halsızlıq, yuxuya meyillilik kimi simptomlar da qeydə alınanda maska taxıb, izolyasiya olunmaq lazımdır”.

 

 

 

Yoluxma artdıqca səhiyyə işçilərinin diqqəti yenidən koronavirusa yönəlir

 

 

N.Mustafayeva vətəndaşları məsuliyyətli və diqqətli olmağa, qaydalara əməl etməyə çağırıb: "Xüsusilə hazırkı dövrdə məsuliyyətimiz dəfələrlə artıq olmalıdır. Torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda mübarizəmiz davam edir, cəbhədə döyüşən əsgər-zabit heyətini düşünməliyik. Onların belə fədakarlığı qarşısında qorunma tədbirlərimizi çox görməməliyik. Yoluxma artmağa doğru getdikcə səhiyyə işçilərimizin diqqəti yenidən koronavirusa yönəlir, xəstəxanalar dolmağa başlayır, hərbçilər arasında yoluxma ehtimalı yüksəlir. Hazırkı şəraitdə bunlar ölkəmiz üçün arzuolunmaz haldır. Ona görə də hər kəsi kütləvi toplanma yerlərindən uzaq olmağa, buna məcbur olduqda maska taxmağa, sosial məsafə saxlamağa və əl gigiyenasına əməl etməyə səsləyirəm”.

Dövlətimiz pandemiyanın qarşısının alınması istiqamətində lazımi addımları atır, vətəndaşlarının təhlükəsizliyi, sağlamlığı üçün zəruri tədbirlər həyata keçirir. Amma görülən bu tədbirlərin effektivliyi birbaşa insanların məsuliyyətindən asılıdır. Buna görə də sosial məsafə saxlayaq, maska taxaq və vətəndaş duyarlılığı nümayiş etdirərək qoyulan qaydalara əməl etməyənlərə qarşı mübarizə aparaq.

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2020.- 29 oktyabr.- S.11.