Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri xanım Mehriban Əliyeva

 

Hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə ən xoş səmimi təbriklərimi qəbul edin.

Siz öz əzmkarlığınız, peşəkarlığınız insanlarla işləmək bacarığınız, həssaslıq xeyirxahlığınızla həm Azərbaycanda, həm onun hüdudlarından kənarda hörmət qazanmısınız. İkitərəfli beynəlxalq gündəliyin çox məsələlərini müzakirə etdiyimiz, onların həlli üçün ümumi yolları tapdığımız görüş söhbətlərimizi həmişə xoş duyğularla xatırlayıram.

Aramızda yaranmış etimadı çox yüksək dəyərləndirirəm.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasında Sizin beynəlxalq münasibətlərin humanistləşdirilməsinə verdiyiniz əhəmiyyətli töhfənizi bəşəri sosial-mədəni dəyərlərin qorunub saxlanılması artırılmasında fəal iştirakınızı bilirlər. Sonrakı nəsillərimiz üçün sabit təhlükəsiz gələcəyin qurulması naminə dünya qadın ictimaiyyətinin həmrəyliyinə yönəlmiş fəaliyyətinizi yaxşı bilirik yüksək dəyərləndiririk.

Mehriban xanım, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, ruh yüksəkliyi, sülh, xoş günlər rifah arzulayıram. Qoy, dostlarınızın həmkarlarınızın hörməti dəstəyi, doğmalarınızın yaxınlarınızın səmimiyyəti sevgisi hər zaman həyatınızın bəzəyi olsun.

Sizi Rusiyada görməyə hər zaman şad olaram.

Sizə yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Valentina Matviyenko

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri

 

Azərbaycan.- 2020.-2 sentyabr.- S.2.