Tək millət, iki dövlət. Bütün dünyaya örnək

 

Prezident İlham Əliyevin Türkiyəyə dəstək mesajı qardaş ölkə mətbuatının əsas gündəm mövzusu oldu

 

Azərbaycan qonşu dövlətlərlə milli maraqlar əsasında qarşılıqlı əməkdaşlığını genişləndirməkdə, onlarla əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməkdədir. Qeyd edilən məqamlar özünü xüsusən eyni tarixi kökə, mədəniyyətə malik olan Azərbaycan-Türkiyə münasibətlərində daha aydın büruzə verir. Azərbaycan Türkiyə dostluq qardaşlıq münasibətlərindən irəli gələrək, hər iki ölkə bölgədə dünyada gedən proseslərə münasibətdə həmişə eyni mövqe sərgiləyib, ortaq maraqlardan çıxış edib.

Dünya siyasi düzəninin indiki şəraitində isə hər iki ölkənin bölgədə dünyada gedən proseslərə vahid prizmadan yanaşmaları, xüsusən ərazi bütövlüyü kimi həssas məsələlərdə bir-birilərinin maraqlarını müdafiə etmələri daha mühüm əhəmiyyət kəsb edir. Təqdirəlayiq haldır ki, iki ölkənin siyasi rəhbərliyi indiki şəraitdə daha prinsipial mövqe nümayiş etdirir.

Bu mənada Prezident İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın Azərbaycandakı yeni səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən Türkiyəyə dəstəklə bağlı söylədiyi fikirlər qardaş ölkədə böyük razılıqla qarşılanıb. Azərbaycan Prezidentinin "Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik bütün hallarda dəstəkləyəcəyikfikirləri həm sosial mediada, həm tirajlanan bir neçə yüz minlik qəzetlərin manşet mövzusu olub. Aparıcı televiziya şirkətləri, internet portalları bu mövzu ətrafında materiallar təqdim ediblər. Onlardan bəzilərini diqqətinizə çatdırırıq.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun "Twitter” sosial hesabında "Çox təşəkkürlər edirəm, cənab Prezident! Can Azərbaycanın dəstəyinə heç vaxt şübhəmiz olmadı. Türkiyə həmişə tərəddüdsüz Azərbaycanın yanında olacaqfikirləri dəfələrlə "retweetedilib.

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın "Twitter” sosial şəbəkəsində Prezident İlham Əliyevin yunan səfiri ilə görüşü zamanı qardaş ölkə barədə sərgilədiyi mövqeyini paylaşıb. "Tək millət, iki dövlət. Bütün dünyaya örnək...” başlığı ilə edilən paylaşımın altında Azərbaycan dövlət başçısının "Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik bütün hallarda dəstəkləyəcəyikifadəsi əks olunub.

"Milliyetqəzetinin "Azərbaycandan Türkiyəyə Şərqi Aralıq dənizi dəstəyibaşlıqlı xəbərində İlham Əliyevin fikirlərinə geniş yer verilərək vurğulanır ki, Türkiyə-Azərbaycan qardaşlığı səmimi əməkdaşlığa söykənir. Prezident İlham Əliyevin "Türkiyə təkcə bizim dost tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürükfikirlərinin yer aldığı xəbərdə deyilir ki, Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi əlaqələr digər sahələrdəki əməkdaşlıq hazırda elə bir yüksək mərhələdədir ki, bunları həmin ölkələrin cəmiyyətlərinə anlatmağa, eləcə dünyaya izah etməyə heç bir ehtiyac yoxdur.

"Sabah” qəzeti "İlham Əliyev: Türkiyəni tərəddüdsüz dəstəkləyirikbaşlıqlı xəbərini manşetə çıxarıb. Bildirilir ki, Azərbaycanla Türkiyə aralarında münasibətlərin dərəcədə yüksək səviyyədə qurulduğunu, tərəflərin mühüm əhəmiyyət kəsb edən maraqlar ətrafında hər zaman bir-birini müdafiə etməyə hazır olduqlarını həmişə göstərib. Azərbaycan Prezidentinin "Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıqfikirlərini xüsusi olaraq diqqətə çatdırıblar.

"Hürriyetqəzeti "Azərbaycan Prezidenti İlham Əliyevdən Şərqi Aralıq dənizi mesajıbaşlıqlı xəbərində isə Azərbaycan ilə Türkiyənin dünya miqyasında bir-birinə ən yaxın ölkələr olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdirildiyini, Azərbaycan-Türkiyə münasibətlərinin həm regionda, həm regiondan kənarda böyük önəm daşıdığını qeyd edib. Azərbaycan lideri İlham Əliyevin dediyi "Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıqfikrinin yer aldığı məqalədə Türkiyə-Azərbaycan münasibətlərinin həm iki ölkə üçün, həm region üçün çox önəmli rol oynadığı xüsusi vurğulanıb.

"Sözcüqəzeti isə "Azərbaycandan Türkiyəyə Şərqi Aralıq dənizi dəstəyibaşlıqlı xəbərində Prezident İlham Əliyevin fikirlərini ön plana çıxarıb. Bildirilib ki, növbəti dəfə sübut olundu ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu strateji müttəfiqliyi sarsılmaz əbədidir...

Anadolu Xəbər Agentliyi "Azərbaycan Prezidenti İlham Əliyevdən Yunanıstana tənqid, Türkiyəyə dəstəkbaşlıqlı xəbərində Azərbaycan dövlət başçısının çıxışını ön plana çıxarıb. Qeyd olunub ki, elə bir məsələ olmayıb ki, Azərbaycan öz dəstəyini Türkiyəyə göstərməsin. Hazırda bölgədə gedən bütün proseslərdə birmənalı şəkildə Azərbaycan dövləti Azərbaycan xalqı Türkiyə dövlətinin xalqının yanındadır.

"TRT Haber” kanalı "Türklər bizim qardaşımızdırbaşlıqlı xəbər yayımlayıb. Bildirilib ki, Prezident İlham Əliyev Yunanıstanın Azərbaycandakı yeni səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən Türkiyə təkcə bizim dost tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir deyib: "Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı”.

"Takvim”, "Akşam”, "Star” qəzetləri, CNN TÜRK, A HABER, TGRT HABER, HABER GLOBAL televiziya kanalları, "euronews.com”, "ensonhaber.com”, "bursahaber.com”, "lidergazetesi.com”, "haberler.com” s. xəbər agentliklərində yer alan materiallarda da Prezident İlham Əliyevin "Ermənistan ilə hərbi əməkdaşlıq Azərbaycana qarşı ciddi təhdiddir”, "Bütün hallarda Türkiyəni dəstəkləyirik”, "Türkiyə təkcə bizim dost tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir”, "Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik bütün hallarda dəstəkləyəcəyik”, "Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürükfikirləri yer alıb.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2020.- 4 sentyabr.- S. 1; 3.