Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 3, maddə 161, ¹ 12, maddə 1102; 2007, ¹ 10, maddə 947; 2008, ¹ 11, maddə 970; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 4, maddə 291, ¹ 6, maddə 531, ¹ 9, maddə 854; 2016, ¹ 11, maddə 1805; 2017, ¹ 7, maddə 1355, ¹ 12 (I kitab), maddə 2312; 2019, ¹ 3, maddə 403, ¹ 5, maddə 848, ¹ 11, maddə 1718; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 iyul tarixli 1088 nömrəli 30 iyul tarixli 1115 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:

"5. Nazirliyin saxlanılması xərcləri fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi qanunla nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.”;

2. aşağıdakı məzmunda 13.4-1-ci 13.4-2-ci bəndlər əlavə edilsin:

"13.4-1. Nazirliyə aid edilmiş məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir;

13.4-2. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım mükafatların verilməsini təmin edir;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 sentyabr 2020-ci il

 

Azərbaycan.- 2020.-6 sentyabr.- S.2.