Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb

 

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində sentyabrın 12-də Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Qeyd edək ki, Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

 

AZƏRTAC

 

Azərbaycan.- 2020.-13 sentyabr.- S.2.