Prezident qəsəbə sakinlərinin arzusunu gerçəkləşdirdi

 

Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Murtuza Muxtarov adına park istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev parkın açılışında iştirak edib.

Dövlətimizin başçısı məşhur neft milyonçusu görkəmli mesenat Murtuza Muxtarovun parkdakı büstünün önünə gül dəstəsi qoydu.

Azərbaycan Prezidentinə parkda görülən işlər yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, qəsəbənin Cabir Əliyev küçəsində yerləşən keçmiş "7 Qoçparkı 1992-ci ildə salınıb. Uzun illər parkın ərazisində heç bir təmir işləri görülməyib. Qəsəbə sakinlərinin müraciəti nəzərə alınaraq parka əslən Əmircandan olan, XIX əsrdə ilk qazma avadanlığı zavodu açanqazma dəzgahı ixtira edən xeyriyyəçi Murtuza Muxtarovun adı verilib, burada onun büstü qoyulub.

Heydər Əliyev Fondunun dəstəyi ilə iki ay ərzində burada genişmiqyaslı abadlıq işləri aparılıb, gözəl və müasir park yaradılıb.

 

Azərbaycan.- 2020.- 15 sentyabr.- S.1-2.