BMT Baş Assambleyası koronavirus xəstəliyi ilə bağlı qətnamə qəbul edib

 

BMT Baş Assambleyası “Koronavirus xəstəliyinin pandemiyasına qarşı hərtərəfli və əlaqələndirilmiş reaksiya tədbirləri barədə” qətnaməni qəbul edib.

AZƏRTAC xəbər verir ki, sənəddə COVID-19 epidemiyasına qarşı qlobal reaksiyanın əsas siyasisosial-iqtisadi ölçüləri öz əksini tapıb. Burada koronavirusa qarşı mübarizə məqsədilə ilkin tibbi-sanitariya yardımı, səhiyyə xidmətlərinin ümumi əhatə olunması və əhalinin peyvənd olunması, eləcə də bütün dövlətlərin davamlı inkişaf naminə iqtisadiyyatın bərpası üzrə səylərinin əlaqələndirilməsinin vacibliyi vurğulanır. Üzv ölkələr BMT sisteminin milli hökumətlərin qəbul etdiyi tədbirlərə yardım etmək üçün gördüyü işləri bəyəndilər və BMT-nin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ümumi sistem səylərində əsas liderlik rolunu etiraf etdilər.

 

Azərbaycan.- 2020.- 15 sentyabr.- S. 7.