İlham Əliyev yeni çağırışlara uyğun iqtisadi baza formalaşdırır

 

Prezidentin mütərəqqi islahatları postpandemiya dövründə Azərbaycanın hərtərəfli yüksəlişi üçün yol xəritəsi olacaq

 

Qlobal böhran səbəbindən dünya iqtisadiyyatında potensial artım templərinin aşağı düşməsi, ilin əvvəlindən başlanan koronavirus pandemiyası onunla əlaqədar əksər ölkələrdə sosial-iqtisadi fəallığın məhdudlaşması Azərbaycan iqtisadiyyatı qarşısında da yeni strateji çağırışlar müəyyənləşdirib.

Bu səbəbdən həyata keçirdiyi islahatlarla Azərbaycanın uzunmüddətli dövr üçün dayanıqlı inkişafinı təmin edən Prezident İlham Əliyev yeni çağırışları şərtləndirən addımlar atır, mühüm qərarlar qəbul edir. Ən islahatçı Prezidentin bu gün reallaşdırdığı iqtisadi islahatlar postpandemiya dövründə ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsini milli iqtisadiyyatın müasirləşdirilməsini hədəfləyən strategiyanın formalaşdırılmasını təmin edir.

 

İqtisadiyyatın tənəzzülündən yüksəliş mərhələsinə keçidi şərtləndirən islahatlar

 

Hazırkı əlverişsiz qlobal mühitdə əsas məqsəd isə son illər ərzində əldə edilmiş sosial-iqtisadi rifah səviyyəsinin aşağı düşməsinə imkan verməmək postpandemiya dövründə iqtisadiyyatın artım tempinin yüksəldilməsi üçün yeni mexanizmlər yaratmaqdır.

Təbii ki, dünya iqtisadiyyatını son 8 ayda iflic duruma salan qlobal böhran bütün ölkələrin iqtisadi durumuna mənfi təsirlərini bu gün göstərməkdədir. Ancaq etiraf etməliyik ki, böyük dövlətlərin iqtisadiyyatındakı tənəzzül 20-31 faiz həddinə yüksəldiyi halda, Azərbaycanda bu rəqəm cəmi 2,8 faizdir. Ancaq onu da vurğulamalıyıq ki, Azərbaycan pandemiya ilə mübarizə tədbirlərini yalnız öz iqtisadi imkanları çərçivəsində reallaşdırıb. Yəni bəzi ölkələr kimi beynəlxalq təşkilatlardan ianə alıb, hansısa dövlətlərdən yardım istəyib. Dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər, vətəndaş sağlamlığının qorunması istiqamətində atılan addımlar, insanların sosial-rifah halının yaxşılaşdırılması istiqamətində qəbul edilən dəstək proqramları digər ölkələr üçün nümunəvi xarakter daşıyıb. Məhz bu tədbirlərin nəticəsidir ki, bu gün ölkəmizdə koronavirusla mübarizədə müsbət dinamika müşahidə olunur.

Normal həyata qayıdış isə dövlətin postpandemiya dövrü üçün yeni çağırışlara adekvat addımlar atmasına real zəmin yaradır. Buna görə Prezident İlham Əliyev hər zaman olduğu kimi, uzaqgörən siyasəti ilə növbəti ildə iqtisadiyyatın hazırkı tənəzzüldən yüksəliş mərhələsinə qədəm qoyması üçün mütərəqqi islahatlarını reallaşdırmağa başlayıb.

Prezidentin iqtisadiyyatın liberallaşdırılması istiqamətində atdığı addımlar, o cümlədən Azərbaycan İnvestisiya Holdinqinin, İqtisadi Şuranın yaradılması islahatların tərkib hissəsidir.

Dövlət başçısı hesab edir ki, əldə edilmiş sosial-iqtisadi göstəricilərin qlobal mühitdə dayanıqlı saxlanılması daha da yüksəldilməsi üçün milli iqtisadiyyatımızın beynəlxalq rəqabət qabiliyyəti gücləndirilməli, ölkədə makroiqtisadi maliyyə sabitliyi qorunmalıdır. Bunun üçün isə milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavab vermək, yeni iqtisadi artım inkişaf modelinə uğurlu keçidi təmin etmək tələb olunur.

Qlobal böhran göstərdi ki, daha çevik, operativ qərarların qəbul olunması, korporativ idarəçilikdə yeniliklərin tətbiq edilməsi bəzən mərkəzləşdirilmiş siyasətə üstünlüyün verilməsi yarana biləcək daha böyük problemlərin qarşısının alınmasında öz faydasını verə bilər.

Buna görə ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığının artırılması, onların gəlir xərclərinə nəzarətin daha da gücləndirilməsi, idarəçilik modelinin təkmilləşdirilməsi nəticədə dövlət büdcəsinin səmərəli istifadə olunmasını təmin etmək zərurəti yaranıb. Bu da, əlbəttə ki, müasir çağırışlar, yeni trendlər fonunda iqtisadiyyatın liberallaşdırılması nəticəsində reallaşa bilər.

Bir sözlə, İlham Əliyev qlobal böhran şəraitində həyata keçirdiyi struktur islahatları ilə iqtisadi korporativ idarəetməni daha da modernləşdirir. Dövlət başçısı çevik, şəffaf, obyektiv informasiya sisteminə əsaslanan ayrı-ayrı strukturları bir tam halında sinxronlaşdırmağı bacaran yeni idarəetmə modeli yaradır.

Bu da onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin möhkəm təməl üzərində formalaşdırdığı iqtisadi strategiyası böhran şəraitində belə sosial-iqtisadi struktur islahatlarının həyata keçirilməsinə təkan verir.

 

İstənilən böhranla mübarizə aparmağa qadir olan dövlət

 

Son 8 ayda Azərbaycanda reallaşan sosial-iqtisadi layihələrə nəzər yetirsək görərik ki, İlham Əliyev həm vətəndaş sağlamlığının qorunması, həm sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm qərarlar qəbul edib, böyük layihələr reallaşdırıb. Bütün bunları isə dövlət öz imkanları hesabına həyata keçirib.

Yəni bu çətin dönəmdə Azərbaycan heç bir beynəlxalq təşkilatdan maliyyə yardımı almayıb. Dünya ölkələrinin əksəriyyəti maddi yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət etdiyi halda, Azərbaycan heç kimdən yardım almadan, öz imkanları hesabına yaşayır. Hətta dövlətin xarici borcu da əksər ölkələrlə müqayisədə aşağı səviyyədədir.

Bütün bunlar, əlbəttə ki, Prezident İlham Əliyevin iqtisadi islahatları nəticəsində əldə edilən bazanın hesabına reallaşır. Dövlət başçısının söylədiyi kimi, bununla da Azərbaycan istənilən böhranla mübarizə aparmağa qadir olan dövlət olduğunu təsdiqləyir.

Pandemiya ilə mübarizə tədbirləri fonunda ölkə iqtisadiyyatında 8 ayda 2,8 faizlik azalma müşahidə olunsa da, qeyri-neft sektorundakı 1,6 faizlik artım sevindirici haldır. Çünki bu, digər ölkələrlə müqayisədə çox yaxşı göstəricidir. Həm onu təsdiq edir ki, Azərbaycanda qeyri-neft sektoru qlobal böhran şəraitində inkişafdadır.

İqtisadçılar ortamüddətli dövrdə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 72,2 faizə, neft sektorunun payının isə 27,8 faizə bərabər olacağını proqnozlaşdırırlar. Qeyd edilir ki, neftin qiyməti 35 dollar olacağı halda ölkəmizdə ÜDM-in həcmi 2021-ci ildə 3 faiz, 40 dollar olacağı halda 3,4 faiz, 45 dollar olacağı təqdirdə isə 3,8 faiz artacaq. Proqnozlara görə, 2021-ci ildə ölkəmizdə ən sürətli inkişaf tempinə 35,7 faizlə turizm sektoru başçılıq edəcək. Daha sonra informasiya rabitə (9 faiz), kənd təsərrüfatı (4,9 faiz) sektorlarının artımı gözlənilir.

Göründüyü kimi, postpandemiya dövrü üçün verilən proqnozlar nikbinlik yaradır. Bu, bir daha onu göstərir ki, İlham Əliyevin inkişaf konsepsiyası Azərbaycanın hərtərəfli yüksəlişi üçün yol xəritəsidir.

Ümumiyyətlə, İlham Əliyevin həyata keçirdiyi islahatlar, ilk növbədə, iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədlərinə xidmət edib. Bu istiqamətdə ölkədə institusional tənzimləyici çərçivə təkmilləşdirilib, idarəetmənin sağlam prinsiplər əsasında inkişafı tam şəffaflaşması üçün möhkəm zəmin yaradılıb.

Prezidentin yeni çağırışlara uyğun reallaşdırdığı islahatlar da ondan xəbər verir ki, postpandemiya dövründə ölkə iqtisadiyyatının dayanıqlığı təmin ediləcək Azərbaycan iqtisadi cəhətdən heç bir sıxıntı yaşamayacaq.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2020.-17 sentyabr.- S.1; 3.