O, tarixi bir gün idi...

 

18 il əvvəl sentyabrın 18-də BTC-nin təməli qoyulmuşdur

 

O vaxt Səngəçal terminalı təzəcə genişləndirilməyə başlamışdı. Hələ "Azərineft verirdi, "Şahdənizqaz... Bakı-Tbilisi-Ərzurum kəməri yox idi. "Cənub qaz dəhliziisə heç xəyala da gəlmirdi.

Bu qlobal layihələrə doğru digər mühüm layihələr irəliləyərək gerçəkləşirdi. Bunların ən vacib olanlarından biri Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri idi.

2002-ci ilin 18 sentyabr günü idi. Bakıdan Səngəçala uzanan yolla möhtəşəm bir maşın karvanı irəliləyirdi.

Gürcüstanın Türkiyənin ozamankı prezidentləri, ABŞ-ın Energetika naziri, digər ölkələrdən gəlmiş mötəbər qonaqlar, Azərbaycanda çalışan beynəlxalq şirkətlərin səlahiyyətli nümayəndələri müstəqil ölkəmizin həyatında baş verən tarixi hadisənin şahidi olurdular. Bütün dünyanın nəzərləri Bakıya dikilmişdi.

Həmin gün Ulu Öndər Heydər Əliyev özünün şah əsərlərindən biri olan BTC-nin təməlini qoyurdu.

Tədbiri Azərbaycanın kütləvi informasiya vasitələrinin nümayəndələri ilə yanaşı, çoxsaylı xarici jurnalistlər işıqlandırırdı. Bu qeydlərin müəllifinə həmin tarixi hadisəni görmək, Ümummilli Liderin tədbirdəki parlaq nitqini dinləmək xoşbəxtliyi nəsib olub. Ulu Öndərin hər fikri, hər müddəası, BTC, neft-qaz layihələri, Azərbaycanın bu layihələrdəki tərəfdaşları haqqında dedikləri həmişəlik yaddaşımızda qalıb.

Ümummilli Lider BTC kəmərinin çəkilməsini xalqımızın regionun gələcəyi üçün görülən mühüm işlərdən olduğunu dedi. Onun təkcə iqtisadi deyil, həm siyasi əhəmiyyət kəsb etdiyini vurğuladı. Bu boru xəttini Azərbaycanı digər ölkələrlə sıx birləşdirən polad kəmər adlandırdı.

Ümummilli Lider böyük uzaqgörənlik siyasi intuisiya ilə qarşıda hələ bir çox çətinliklərin olacağını da bilirdi. Bununla belə BTC-nin bütün maneələrdən yenə keçə biləcəyinə əmin idi. Ona görə təməlqoyma mərasimində ölkənin daxilində xaricində bu layihənin əleyhinə çıxan bədxah qüvvələrə kəmərin bünövrəsinin möhkəm olduğunu böyük inam qətiyyətlə xatırlatdı: "Bakı-Tbilisi-Ceyhan irəliyə gedəcək, gedəcək, gedəcəkdir!”

O vaxt BTC-nin reallaşması ilə bağlı bir çox maneələr arxada qalmış olsa da, hələ qarşıda həllini gözləyən xeyli problem var idi. Belə ki, az sonra bir sıra qeyri-hökumət təşkilatları BTC-nin Gürcüstandakı "Borjomi” mineral su mənbəyinə guya ekoloji ziyan gətirəcəyi fikrini ortaya atdı. Onlar layihənin ƏMSSTQ (Ətraf Mühitə Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi) sənədlərinin imzalanmasını gecikdirməyə cəhd edirdilər. BTC-nin əleyhdarlarından dəstək alan qruplar kəmərin tikintisini maliyyələşdirəcək beynəlxalq maliyyə qurumlarının ofisləri qarşısına toplaşır işlərin irəliləməsinə əngəl törətməyə səy göstərirdilər. Beləliklə, 2003-cü ilin əvvəlində BTC-nin tikintisinin maliyyələşdirilməsində böyük müşküllər yarandı.

Həmin ilin fevralında ABŞ-da keçirilən "Şərq-Qərb enerji dəhlizi reallıqdırbeynəlxalq konfransında iştirak edən Ümummilli Lider Heydər Əliyev beynəlxalq maliyyə institutlarının rəhbərləri ilə görüşdü, söhbətlər apardı bu, öz müsbət nəticəsini verdi.

2004-cü ilin fevral ayında isə Bakıda, "Gülüstansarayında Prezident İlham Əliyevin iştirakı ilə BTC-nin maliyyələşməsinə aid son sənədlər imzalandı problem tamamilə həll olundu.

2005-ci ilin mayında kəmərə Səngəçal terminalındakı baş nasos stansiyasından ilk neft vuruldu. 2006-cı il mayın 28-də BTC-nin daşıdığı neft Ceyhan terminalına çatdı. Həmin il iyulun 13-də kəmərin tam bir sistem kimi işə düşməsi münasibətilə Türkiyədə təntənəli mərasimlər keçirildi.

BTC öz müəllifinin - Ulu Öndər Heydər Əliyevin adını şərəflə daşıyaraq 14 ildən çoxdur fasiləsiz təhlükəsiz fəaliyyət göstərir. Hazırda kəmərə Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşliyataqlarının nefti "Şahdəniz”in kondensatı vurulur. Xəttə həmçinin müəyyən həcmdə Türkmənistan, Qazaxıstan Rusiya nefti qoşulur.

BTC gələcəyə hesablanmış nəhəng layihədir. O, Azərbaycanın qarşısında yeni üfüqlər açmış, ölkə üçün geniş iqtisadi imkanlar yaratmışdır. BTC-nin gətirdiyi gəlirlər Azərbaycanda bir sıra sosial məsələlərin qısa müddətdə öz həllini tapmasında, ölkənin dünya iqtisadiyyatına inamla inteqrasiya etməsində böyük rol oynamışdır. Prezident İlham Əliyevin dediyi kimi: "Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açdıq”.

İndi Azərbaycanın karbohidrogen ehtiyatlarının ixracının diversifikasiyası üçün geniş imkanlar yaranıb. "Şahdənizyatağının işlənməsinin birinci mərhələsi çərçivəsində çıxarılan qaz Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə 2006-cı ildən Gürcüstana növbəti ildən CQBK-ya birləşən əlavə borularla Türkiyəyə çatdırılır. Səngəçaldan Ərzurumadək uzanan bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır.

2018-ci ildən Türkiyə TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) vasitəsilə "Şahdəniz-2” qazını da alır. Türkiyənin ərazisi ilə uzanan 1850 kilometrlik bu kəmər Yunanıstan sərhədində TAP-la (Trans-Adriatik Qaz Boru Kəməri) birləşib. Yaxın aylarda qazın Avropaya da nəqlinə başlanacağı gözlənilir.

Prezident İlham Əliyev bütün bu layihələrin başlanğıcında BTC-nin dayandığını dəfələrlə qeyd etmişdir: "Təbii ki, bu gün "Cənub qaz dəhlizihaqqında danışarkən biz 1990-cı illərdə görülmüş işləri mütləq qeyd etməliyik. Çünki əgər o vaxt Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsə idi, onda əlbəttə ki, bu dəhliz yaranmazdı. Bakı-Tbilisi-Ceyhan kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi enerji dəhlizini formalaşdırdı. İndi Azərbaycan qazı həmin dəhliz vasitəsilə dünya bazarlarına çıxarılacaq. Demək olar ki, o dəhlizlərin coğrafiyası böyük dərəcədə eynidir bu dəhliz hazırda nəqliyyat dəhlizinə çevrilir. Çünki biz neftdən əldə olunan gəlirləri nəqliyyat infrastrukturuna yönəldərək çox ciddi nəqliyyat bağlantıları yaratmışıq”.

Məhz bütün bu səbəblərdən beynəlxalq aləm BTC-nin getdikcə daha mühüm əhəmiyyət kəsb etdiyini vurğulayır. Kəmərin operatoru olan BP şirkətinin Azərbaycan, Gürcüstan Türkiyə üzrə regional prezidenti Qəri Counz deyir: ”Bu boru kəmərinin inşası nəhəng mühəndis-texniki nailiyyətdir. Əminliklə deyə bilərəm ki, BTC-nin fəaliyyəti dünyada ən təhlükəsiz ekoloji cəhətdən zərərsiz boru kəməri əməliyyatlarından biridir. Biz hamımız BTC-nin uğur hekayəsi ilə qürur duymalıyıq. Hamımız dedikdə mən layihə başlandığı andan etibarən üç ölkədə onun icrasına cəlb edilmiş minlərlə insanı - işçi qüvvəsini, icmaları, şirkətləri, regional beynəlxalq hökumətləri, tərəfdaşları öz işçi heyətimizi nəzərdə tuturam”.

...Səngəçaldan başlayaraq Azərbaycan-Gürcüstan sərhədinədək BTC ölkəmizin 13 bölgəsindən - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz Ağstafadan keçir. Bu istiqamətdə hərəkət edənlər yol kənarında, çox da hündür olmayan dirəklər üstündəki lövhələrdə getdikcə artan rəqəmlər görürlər. Bu, BTC-nin torpağın altında keçdiyi kilometrlərin sayıdır. 18 il əvvəl bu düşərli kəmərin təməlinin qoyulduğu nöqtədən başlanan yollar şaxələnərək indi Azərbaycanın "qara qızıl”ını mavi yanacağını daha uzaq bazarlara aparır, şöhrətini daha uzaq yerlərə çatdırır.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2020.- 18 sentyabr.- S.1; 5.