Azərbaycan COVID-19-la uğurla mübarizə aparır

 

Bu mübarizədə əldə edilən müsbət tendensiyanın davamlı olması isə vətəndaş məsuliyyətindən asılıdır

 

Dünyada koronavirus təhlükəsi davam edir ikinci-üçüncü dalğaları ilə ölkələri yenidən təhdid etməyə başlayıb. Xüsusilə qarşıdan payız-qış mövsümünün gəlməsi bu fəsillərdə digər respirator viruslarla bərabər COVID-19-un daha təhlükəli hal alacağı qorxusu tədbirli davranmağı zəruri edir.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, payız fəslində məktəblərin yenidən açılması, qrip mövsümünün başlaması qış aylarında yaşlı insanlar arasında ölüm hallarının artması koronavirusla bağlı mövcud epidemioloji vəziyyəti dəyişdirə bilər.

Qurumdan o da məlumat verilib ki, mövcud sübutlar göstərir ki, məktəblərin yenidən açılması epidemioloji vəziyyətə təsir edən əsas amil deyil: "Uşaqlar virusun ötürülməsində rol oynaya bilərlər, lakin bu, məktəbdən daha çox sosial yığıncaqlarda baş verir. Məktəblər yenidən açılandan sonra orada lazımi qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Növbəti qrip mövsümü sürətlə yaxınlaşır. İndi ölkələrin qriplə bağlı vəziyyəti izləməsi, hər iki virusu əhatə edəcək şəkildə gündəlik epidemiyaya nəzarət sistemini yenidən qurması gücləndirməsi çox vacibdir. Bu il bu məsələ daha böyük əhəmiyyət daşıyır, çünki tibb müəssisələrini hazırda COVID-19-la mübarizə aparan tibb işçilərini böyük yük altında qalmaqdan qorumalıyıq”.

 

Ölkədə epidemioloji vəziyyətə uyğun addımlar atılır

 

Azərbaycan virusun üzə çıxdığı ilk dövrlərdən etibarən ona qarşı sistemli işlər həyata keçirib. Hazırda da koronavirus pandemiyası ilə mübarizə ilə bağlı ardıcıl tədbirləri davam etdirir.

Səmərəli maarifləndirmə, müvafiq tibbi infrastrukturun yaradılması, profilaktika müalicə məsələlərinin keyfiyyətli şəkildə həll olunması, xüsusi karantin rejiminin tətbiqi mərhələli qaydada məhdudlaşdırıcı yumşaldıcı tədbirlərin həyata keçirilməsi, vətəndaşların məsuliyyəti, dövlət-vətəndaş həmrəyliyi uğurlu nəticələr əldə olunmasına rəvac verib.

Hazırda ölkəmizdə COVID-19-a yoluxma nəzarətolunan həddə düşüb. Daimi olaraq ölkədə ayrı-ayrı regionlarda epidemioloji vəziyyət ətraflı öyrənilir, təhlil olunur, bütün risklər müəyyənləşdirilir onların qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirilir.

Epidemioloji vəziyyətin təhlilinə əsasən, Nazirlər Kabineti yanında Operativ Qərargah məhdudlaşdırma ya yumşaldılma ilə bağlı qərarlar qəbul edir.

Qəbul olunan qərarlara əsasən, ötən ayın 5-dən mərhələli şəkildə sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılmasına, xeyli məhdudiyyətlərin aradan qaldırılmasına başlanılıb.

Ən ümdəsi isə bütün təhsil ictimaiyyətinin intizarla gözlədiyi həmin vacib qərar da verilib, yəni ölkə üzrə bütün təhsil müəssisələri pandemiya şərtlərinə uyğunlaşdırılmış formada fəaliyyətə başlayıb.

Eyni zamanda ölkədəki mövcud sanitarr-epidemioloji vəziyyətə uyğun olaraq bir sıra məhdudiyyətlər saxlanılıb.

 

Bir sıra məhdudiyyətlər qüvvədədir

 

Belə ki, Nazirlər Kabineti sentyabrın 30-dək ölkə üzrə xüsusi karantin rejimi tətbiq edilmiş ərazidə, yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü hava nəqliyyatı ilə giriş-çıxış, ölkənin şəhər rayonlarından yerüstü hava nəqliyyatı ilə sərnişin daşımaları, dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup fərdi qaydada qəbulu qadağan edilib.

Eyni zamanda dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə mərasim zallarında, çadırlarda digər qapalı məkanlarda yas mərasimlərinin təşkili keçirilməsi, bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsi (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının oyunlarının keçirilməsi istisna olmaqla), tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində ya digər məkanlarda ad günləri, toy, nişan bu kimi mərasimlərin təşkili, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi məhdudiyyətlər arasındadır.

Əlavə olaraq sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin Abşeron rayonunun ərazisində iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması, ictimai iaşə obyektlərində, eləcə restoran, kafe, çay evləri bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmətin dayandırılması, qəlyan avadanlıqlarından istifadənin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağın qadağan edilməsi, çimərliklərin ərazisində hovuzların, su attraksionlarının idman oyunu yerlərinin fəaliyyəti qadağalar arasındadır.

Həmçinin, qərarda həftəsonları ictimai nəqliyyatın hərəkətinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması da nəzərdə tutulur.

 

Postpandemiya dövrünə hazır olmalıyıq

 

O da gözləniləndir ki, qabaqlayıcı effektiv formada həyata keçirilən vacib tədbirlər sayəsində yuxarıda sadalanan məhdudiyyətlər tezliklə aradan qaldırılacaq.

Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı zamanı Prezident İlham Əliyev videoformat formasındakı çıxışı zamanı səsləndirdi ki, postpandemiya dövrünə hazır olmalıyıq bununla bağlı müvafiq göstərişlər verilibdir: "Postpandemiya dövrü vaxt başlayacaq, bunu hələ ki heç kim deyə bilmir. Ancaq dünyada gedən araşdırmalar, tədqiqatlar, peyvəndlərin üzərində işin aparılması ümidverici siqnallar verir. Onu da bildirməliyəm ki, biz hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal aparırıq. Mən ümid edirəm ki, Azərbaycan bu sahədə peyvəndi əldə edən birinci ölkələr sırasında olacaqdır. Çünki biz artıq bir müddətdir ki, bu məsələ ilə əlaqədar çox fəal aparırıq”.

Prezident onu da vurğuladı ki, peyvənd tətbiq olunana qədər addımlarımızı mövcud vəziyyətə uyğun atmalıyıq: "İlk günlərdən biz bunu etmişik. Bu altı ay ərzində məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi, eyni zamanda, yumşalma addımları atılmışdır və təqribən iyul ayının ortalarından başlayaraq müsbət dinamika artıq özünü büruzə verdi. Belə olan halda, əlbəttə ki, biz yumşalma addımlarımıza da başladıq və təkcə avqust ayında yumşalma tədbirlərinin sayı 3-ə çatmışdır. Əgər müsbət dinamika davam edərsə və xəstələrin sayında artım olmazsa, onda əminəm ki, bundan sonra da yumşalma tədbirləri görüləcəkdir”.

Sübut olunmuş reallıqdır ki, virusla mübarizədə əldə olunan müsbət tendensiyanın davamlı olması və tezliklə ölkəmizdə normal həyata dönüşün əldə olunması isə, həm də birbaşa vətəndaş məsuliyyətindən asılıdır. Buna görə də pandemiyanın şərtlərinə və qoyulan qaydalara riayət edərək koronavirusun yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməliyik.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2020.- 18 sentyabr.- S.1; 5.