Zaman İlham Əliyevin sənayeləşmə siyasətinin uzaqgörənliyini təsdiq edir

 

Prezidentin illər öncə müəyyən etdiyi hədəflər mövcud çətinliklərə qarşı etibarlı sipərdir

 

Sumqayıt Kimya Sənaye Parkı Prezident İlham Əliyevin 21 dekabr 2011-ci il fərmanı ilə yaradılıb. Sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək məqsədilə hələ 9 il əvvəl bu qərar verilərkən xam neftin qiyməti də indikindən azı 3 dəfə yüksək idi. Respublikamıza indikindən dəfələrlə artıq neft gəlirləri daxil olurdu. Lakin heç kim təsəvvür belə etmirdi ki, cəmi 3 ildən sonra qlobal iqtisadiyyat yendən çalxalanacaq, neftin qiymətləri çağdaş tarixin minimumuna düşəcək.

 

Müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli müəssisələr yaradılıb

 

Son illər dünya iqtisadiyyatında baş verən proseslər Prezident İlham Əliyevin iqtisadi inkişafla bağlı müəyyən etdiyi hədəflərin nə qədər uzaqgörən olduğunu təsdiq edir. Xüsusən Azərbaycanda sənayeləşmə istiqamətində atılan addımlar beynəlxalq maliyyə böhranlarının və neftin qiymətlərinin düşməsi fonunda İlham Əliyevin illər öncəki iqtisadi təşəbbüslərinin nə qədər doğru olduğunu, dövrün çağırışlarına çevik cavab verdiyini, ən əsası ölkənin yeni mərhələdə inkişafına xidmət etdiyini göstərir.

Ümumiyyətlə, yaxın tariximizdə həyata keçirilən sürətli sənayeləşmə tədbirləri çərçivəsində neft-qaz, qızıl və digər hasilat sahələrində əldə edilmiş uğurlarla yanaşı, sənayenin diversifikasiyası genişləndirilib, yeni istehsal gücləri istifadəyə verilib, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli müəssisələr yaradılıb.

Alüminiumpolad istehsalı komplekslərinin yaradılması, Bakıda Gəmiqayırma zavodunun fəaliyyətə başlaması, Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı zavodlarının qurulması, Sumqayıtda neft-kimya sənayesində modernizasiya işlərinin aparılması, Sumqayıtda karbamid və yüksəksıxlıqlı polietilen zavodlarının açılması respublikamızda həyata keçirilən iri sənaye layihələrinin yalnız bir qismidir. Azərbaycanda ənənəvi sənaye sahələri ilə yanaşı, əvvəllər mövcud olmamış hərbi sənaye, kosmikalternativ enerji sahələri yaradılmış və hazırda bu yeni sənaye sahələrinin inkişafı istiqamətində işlər davam etdirilir.

Müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılması ilə Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi və rəqabətqabiliyyətliliyi də sürətlə artıb. Hazırda ölkəmizdə fəaliyyət göstərən sənaye müəssisələrində müxtəlif tikinti materialları, avtomobil, kompüter, günəş batareyaları, elektrik avadanlıqları, ərzaq məhsulları, mebels. istehsal olunur, bir çox sənaye məhsulları üzrə Azərbaycan özünü təmin edir. Azərbaycanda ənənəvi sənaye sahələri ilə yanaşı, əvvəllər mövcud olmamış hərbi sənaye, kosmikalternativ enerji sahələri yaradılmış və hazırda bu yeni sənaye sahələrinin inkişafı istiqamətində işlər davam etdirilir.

 

Pandemiya şəraitində müsbət dinamika

 

İnnovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafının gücləndirilməsi, tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılması, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması üçün sənaye parklarının yaradılması ilə bağlı təşəbbüslər, bu istiqamətdə 9 il əvvəl atılan ilk addımlar da bütövlükdə, ölkənin gələcək inkişafına yönəlmişdi. Sumqayıt Kimya Sənaye Parkından sonra əldə olunan uğurlu nəticələr Mingəçevirdə, Pirallahıda və Qaradağda da sənaye parklarının yaradılmasını şərtləndirdi. Hazırda bu sənaye parklarında müxtəlif güzəştlər tətbiq edilir, işin səmərəli təşkili üçün müxtəlif xidmətlərin göstərilməsi kimi tədbirlər nəzərdə tutulur. Sənaye parklarının rezidentləri qeydiyyata alındığı tarixdən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergilərindən və idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azad olunurlar. Bundan əlavə, sənaye parklarının rezidentləri idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

Sentyabrın 14-də Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılışı zamanı səslənən fikirlər Azərbaycanda yaradılan sənaye parklarının qeyri-neft sektorunun inkişafında nə qədər böyük rol oynadığını göstərir. Qeyd edək ki, hazırda Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. Ötən il burada 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı - təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edib. Hazırda parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub.

Bu rəqəmlərin hər biri Prezident İlham Əliyevin iqtisadi inkişaf və sənayeləşmə siyasətinin nailiyyətlərini özündə əks etdirir. Nəticə etibarilə isə bu uğurlar Azərbaycanın iqtisadi inkişafının nümunəsidir. Ən mühümü isə odur ki, pandemiya şəraitində belə sənaye müəssisələrinin müsbət dinamika ilə fəaliyyəti Azərbaycan Prezidentinin həyata keçirdiyi iqtisadi siyasət xəttinin dərin məzmunundan xəbər verir.

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra tapşırıq və tövsiyələrini də verdi. İxracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələrinin yaradılması qarşıda duran əsas vəzifələrdir. Ölkəmizin hazırkı iqtisadi siyasətinin mahiyyəti də bunu tələb edir. Dövlət başçısının bununla bağlı tapşırıqlarına əsasən, bu təşəbbüslərlə çıxış edən şirkətlərə həm rezident statusu veriləcək, eyni zamanda, dövlət tərəfindən onlara digər köməkliklər göstəriləcək, o cümlədən güzəştli kreditlər ayrılacaq.

 

Hər bir uğur Azərbaycanın inkişafının və güclü dövlətə çevrilməsinin nümunəsidir

 

Əgər bir neçə il əvvəl, xüsusən, sənayeləşmə istiqamətində bu addımlar atılmasaydı, sənaye parkları yaradılmasaydı, bugünkü qlobal problemlər Azərbaycan iqtisadiyyatına daha ciddi təsir edə bilərdi. Lakin Prezident İlham Əliyevin regional inkişaf siyasəti, qeyri-neft sektorunun yüksəlişinə yol açan təşəbbüsləri bugünkü beynəlxalq iqtisadi çətinliklər fonunda sənaye sahəsindəki uğurlarımızı təmin edir. Dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində Azərbaycan postpandemiya dövründə yenidən sürətli iqtisadi inkişaf yoluna qədəm qoyacaq, regionun ən güclü sənaye mərkəzinə çevriləcək.

Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkında söylədiyi "Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük” cümləsi isə bütövlükdə Azərbaycanın müasir inkişaf tarixinə verilən qiymət idi. Bəli, Ulu Öndər Heydər Əliyevin xilas etdiyi, yenidən qurduğuinkişaf yoluna çıxardığı Azərbaycan bu gün İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayır. Dağılmış müəssisələrin yerində yaradılan modern Sumqayıt Kimya Sənaye Parkı kimi, Azərbaycanın bütün şəhər və rayonları da yenidən qurulub, inkişaf edib. Mövcud iqtisadi çətinliklərə baxmayaraq, indi də hər yerdə quruculuq davam edir, xüsusən heç bir sosial layihə dayandırılmır. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlar Azərbaycanın həm inkişafının, həm də güclü bir dövlətə çevrilməsinin nümunələridir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2020.- 19 sentyabr.- S.1; 4.