“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

"İşsizlikdən sığorta haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 8, maddə 1514; 2018, ¹ 12 (I kitab), maddə 2503; 2019, ¹ 3, maddə 381, ¹ 8, maddə 1382; 2020, ¹ 5, maddə 521) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"1.2. Bu Qanuna uyğun olaraq sığorta ödənişi əmək münasibətlərinə bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş şəxslərə şamil edilir.”.

2. 4.0.5-ci maddədən "sığorta stajından sözləri çıxarılsın.

3. 13-cü maddə üzrə:

3.1. 13.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"13.1. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş "Məşğulluq haqqındaAzərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər:

13.1.1. dövlət orqanı ya hüquqi şəxs ləğv edildikdə, "Dövlət qulluğu haqqındaAzərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən;

13.1.2. işçilərin ya dövlət qulluqçularının sayı ya ştatları ixtisar edildikdə, "Dövlət qulluğu haqqındaAzərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən;

13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən.”;

3.2. 13.2.1-ci maddəyə "işsizliyinsözündən əvvəl "bu Qanunun 13.1.1-ci 13.1.2-ci maddələrində nəzərdə tutulan hallardasözləri əlavə edilsin həmin maddədən ", lakin ən azı 3 ilsözləri çıxarılsın;

3.3. 13.2.2-ci maddəyə "işsizliyinsözündən əvvəl "bu Qanunun 13.1.1-ci 13.1.2-ci maddələrində nəzərdə tutulan hallardasözləri əlavə olunsun həmin maddədə "3” rəqəmi "1” rəqəmi ilə əvəz edilsin;

3.4. 13.2.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun aşağıdakı məzmunda 13.2.3-cü maddə əlavə edilsin:

"13.2.3. bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi ("Məşğulluq haqqındaAzərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 35 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra - bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində.”;

3.5. 13.5-ci maddədə "İlk dəfəsözləri "Bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, ilk dəfəsözləri ilə əvəz olunsun həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxslərə təkrar sığorta ödənişinin təyin olunmasına yol verilmir.”;

3.6. 13.6-cı maddəyə "6 ay” sözlərindən sonra ", bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxslərə 3 ay " sözləri əlavə edilsin;

3.7. 13.8-ci maddəyə "12 ay” sözlərindən sonra ", bu Qanunun 13.2.3-cü maddəsinə uyğun olaraq isə 36 ay” sözləri əlavə edilsin.

4. 14.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"14.1. Bu Qanunun 13.2.1-ci maddəsində nəzərdə tutulan şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olmayaraq, onların itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır.”.

5. 17-ci maddə üzrə:

5.1. 17.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"17.1. Bu Qanunun 13.1-1-ci maddəsinə uyğun olaraq sığorta ödənişi avtomatlaşdırılmış qaydada təyin olunur. Sığorta ödənişinin avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün tələb olunan sənədlər (məlumatlar) tam olmadıqda isə həmin sənədlərin (məlumatların) təqdim olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə sığortaolunanın elektron ünvanına mobil telefonuna (olduğu halda) bildiriş göndərilir.”;

5.2. 17.7-ci maddənin birinci ikinci cümlələrinə ismin müvafiq hallarında "alan şəxssözlərindən sonra ismin müvafiq hallarında ", habelə bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxssözləri əlavə edilsin;

5.3. 17.8-ci maddəyə "alan şəxslərinsözlərindən sonra ", habelə bu Qanunun 13.2.3-cü maddəsində nəzərdə tutulan şəxslərinsözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 avqust 2020-ci il

 

Azərbaycan.- 2020.- 22 sentyabr.- S.2.