“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq qərara alır:

"Məşğulluq haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 8, maddə 1669; 2019, ¹ 1, maddə 35, ¹ 3, maddə 381, ¹ 12, maddə 1892; 2020, ¹ 1, maddə 1, ¹ 5, maddə 521; Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli

113-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddə üzrə:

1.1. 1.1.1-ci maddəyə "genişləndirilməsi,” sözündən sonra "işaxtarışına özünüməşğulluğuna kömək göstərilməsi,” sözləri əlavə edilsin;

1.2. 1.1.3-cü 1.1.4-cü maddələrə "sənədsözündən əvvəl "elektronsözü əlavə edilsin;

1.3. 1.1.5-ci maddədə "işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etməksözləri "müvəqqəti məşğulluğun təmin edilməsisözləri ilə əvəz edilsin;

1.4. 1.1.7-ci maddəyə " üçünsözlərindən sonra " bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlısözləri əlavə edilsin;

1.5. 1.1.17-ci maddədə "yenidən hazırlıq, ixtisasartırma istiqamətlərində təhsilsözləri "bu Qanunun tələbləri nəzərə alınmaqla, "Təhsil haqqında "Peşə təhsili haqqındaAzərbaycan Respublikasının qanunlarına uyğun olaraq peşə təhsilisözləri ilə əvəz edilsin.

2. 4-cü maddə üzrə:

2.1. 4.4.1-ci, 4.4.2-ci, 4.4.3-cü 4.4.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:

"4.4.1. bu Qanunun 4.1.1-ci maddəsində göstərilən məşğul şəxslərə münasibətdə:

4.4.1.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlamış şəxslər (bu Qanunun 4.4.1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla) barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;

4.4.1.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;

4.4.2. bu Qanunun 4.1.3-cü maddəsində göstərilən sahibkarlar, 4.1.2-ci, 4.1.4-cü, 4.1.5-ci 4.1.7-ci maddələrində göstərilən məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;

4.4.3. bu Qanunun 4.1.3-cü maddəsində göstərilən ailə kəndli təsərrüfatının üzvləri barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı "Elektron kənd təsərrüfatıinformasiya sisteminə yerli özünüidarəetmə orqanlarının ailə kəndli təsərrüfatı üzvləri barədə daxil etdiyi məlumatlar əsasında;

4.4.4. bu Qanunun 4.1.3-cü maddəsində göstərilən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin daşınmaz əmlakın qeydiyyatına dair məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı "Elektron kənd təsərrüfatıinformasiya sisteminin məlumatları əsasında;”;

2.2. 4.4.5-ci, 4.4.6-cı, 4.4.7-ci, 4.4.9-cu, 4.5-ci 4.6-cı maddələr ləğv edilsin;

2.3. 4.4.8-ci maddədə "orqan (qurum) tərəfindən yaradılan qurumunsözləri "orqanın (qurumun)” sözləri ilə əvəz edilsin;

2.4. 4.4.10-cu maddədən "məlumatları əldə etdikləri tarixdən ən geci 1 (bir) ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) kağız daşıyıcılarda təqdim etdiklərisözləri çıxarılsın;

2.5. 4.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

"4.7. Bu Qanunun 4.4.10-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 4.1.8-ci maddəsində nəzərdə tutulmuş məşğul şəxslərə dair məlumatları əldə edildiyi gündən ən geci 1 (bir) ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron formada təqdim etməlidir.”;

2.6. 4.8-ci maddədə "4.4.3-cü, 4.4.8-ci 4.4.9-cu” sözləri "4.4.2-ci, 4.4.3-cü, 4.4.4-cü 4.4.8-ci” sözləri ilə əvəz edilsin;

2.7. 4.9-cu maddədə "4.6-4.8-ci” sözləri "4.7-ci 4.8-ci” sözləri ilə əvəz edilsin həmin maddədən ", habelə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan şəxslərsözləri çıxarılsın.

3. 5-ci maddə üzrə:

3.1. 5.4-cü maddədə ikinci halda "elektronsözü "avtomatlaşdırılmışsözü ilə əvəz edilsin;

3.2. 5.9.4-cü 5.11.5-ci maddələrə "ərizəsözündən əvvəl "elektronsözü əlavə edilsin;

3.3. aşağıdakı məzmunda 5.10-1-ci maddə əlavə edilsin:

"5.10-1. Bu Qanunun 5.8-ci 5.10-cu maddələrinə əsasən işaxtaran ya işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılmış şəxslərin qeydiyyatı onların elektron müraciəti əsasında həmin maddələrdə nəzərdə tutulan müddətlər bitdiyi halda, müraciət edildiyi gündən sonrakı ayın 1-dən bərpa edilir.”;

3.4. 5.11.6-cı 5.12.3-cü maddələrdən "ali orta ixtisassözləri çıxarılsın;

3.5. 5.12.5-ci maddəyə "hallarsözündən əvvəl ", habelə işsiz işaxtaran şəxslərin haqqı ödənilən ictimai işlər ilə bağlı əmək münasibətlərinə xitam verildiyisözləri əlavə edilsin.

4. 6-cı maddə üzrə:

4.1. 6.2-ci maddəyə "uzaqlığısözündən sonra "ilə bağlı şərtlərsözləri əlavə edilsin;

4.2. 6.4.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"6.4.2. peşə hazırlığından imtina edənlər;”.

5. 10.2.2-ci maddədən "peşəyönümünə sözləri çıxarılsın.

6. 11.4-cü maddədə "göndərilmişsözü "göndəriş verilmişsözləri ilə əvəz edilsin.

7. 18.7-ci maddədə "orqana (quruma) təqdimsözləri "orqanın (qurumun) elektron informasiya sisteminə daxilsözləri ilə əvəz edilsin.

8. 20.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"20.2. İşsiz şəxslərin, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ödənişsiz təşkil olunur.”.

9. Aşağıdakı məzmunda 20.2-1-ci 20.5-ci maddələr əlavə edilsin:

"20.2-1. Bu Qanunun 20.2-ci maddəsi nəzərə alınmaqla, işaxtaran şəxslər peşə hazırlığına ödənişli əsaslarla cəlb olunurlar.”;

"20.5. "Təhsil haqqındaAzərbaycan Respublikası Qanununun 24.2-ci maddəsinə "Peşə təhsili haqqındaAzərbaycan Respublikası Qanununun 9.9-cu maddəsinə uyğun olaraq, peşə hazırlığı işaxtaran işsiz şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili digər təhsil istiqamətləri üzrə müvafiq kurslarda altı ayadək müddətdə həyata keçirilir.”.

10. 21-ci maddə üzrə:

10.1. 21.1-ci maddəyə "işsizsözündən sonra ", habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə haqqı ödənilən ictimai işlərə cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaransözləri əlavə edilsin;

10.2. 21.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"21.3. Haqqı ödənilən ictimai işlərə cəlb olunan işsiz işaxtaran şəxslərin əməyinin ödənişi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq həyata keçirilir.”;

10.3. 21.4-cü maddəyə "sığorta vəsaitisözlərindən sonra

", habelə qanunla qadağan edilməyən digər mənbələrsözləri əlavə edilsin.

11. 22.1-ci maddəyə "şagirdlərininsözündən sonra ", habelə onların valideynlərininsözləri əlavə edilsin.

12. 23.1-ci maddəyə "əmək birjalarısözlərindən əvvəl "elektronsözü əlavə edilsin.

13. 24-cü maddə üzrə:

13.1. 24.1.3-cü maddəyə "hazırlanmasında yardım edilməsisözlərindən sonra ", o cümlədən təlimlərin keçirilməsi onların nəticələrinin qiymətləndirilməsisözləri əlavə edilsin;

13.2. 24.1.4-cü maddədə "2 (iki)” sözləri "1 (bir)” sözləri ilə əvəz edilsin;

13.3. 24.2-ci maddəyə "monitorinqinisözündən sonra "(o cümlədən elektron monitorinqini)” sözləri aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə daxil etməlidir.”.

14. 25.2-ci maddədən ", lakin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimum aylıq əməkhaqqından azsözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 avqust 2020-ci il

 

Azərbaycan. - 2020.-23 sentyabr.- S.3.