Milli maraqları layiqincə təmin edən Lider

 

İlham Əliyevin çevik qətiyyətli siyasətinin nəticəsidir ki, Ermənistan beynəlxalq miqyasda sürətlə ifşa olunur

 

Dünya birliyinin nüfuzlu, fəal etimad göstərilən üzvü kimi tanınan Azərbaycanın beynəlxalq mövqelərini ildən-ilə daha da möhkəmləndirməsi Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin mühüm uğurlarından biridir. Bu siyasət dövlətimizin xalqımızın milli maraq mənafelərini qlobal miqyasda layiqincə təmin edir. Ölkəmiz, eyni zamanda, müasir beynəlxalq münasibətlərdə mövcud çağırışlara adekvat reaksiya verərək özünü inamla doğruldur.

 

Bütün imkanlardan səmərəli istifadə edilir

 

Bu gün Azərbaycanın qarşısında dayanan yeganə problem torpaqlarımızın işğal altında qalmasıdır. Əgər beynəlxalq münasibətlər sistemində ikili standartlar hökm sürməsəydi Ermənistan ayrı-ayrı siyasi mərkəzlər dövlətlər tərəfindən himayə olunmasaydı, Azərbaycan işğal altında olan ərazilərini çoxdan azad etmişdi. Reallıq ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin son 17 ildə inkişaf etdirdiyi Azərbaycan hərbi iqtisadi gücünə görə Ermənistanı dəfələrlə üstələyir.

İndiyə qədər aparılan danışıqlar prosesi məhz Ermənistana görə mənasız vəziyyət alıb. Lakin rəsmi Bakı istər siyasi-diplomatik, istər iqtisadi digər sahələrdə respublikamızın üstünlüyünü təmin edən genişmiqyaslı aparır. Bu məsələdə əsas fəaliyyət istiqamətlərindən biri Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq miqyasda ifşasına nail olmaqdır. Respublikamız bunun üçün bütün imkanlardan səmərəli istifadə edir. Buraya beynəlxalq təşkilatlarla faydalı əməkdaşlıqdan tutmuş, qlobal informasiya müharibəsinədək aktiv fəaliyyət, hücum diplomatiyasının həyata keçirilməsi s. daxildir.

Eyni zamanda Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərin tribunlarından Ermənistanın işğalçı siyasətini dünya birliyinə çatdırır, bu ölkənin terrorçu mahiyyətini ifşa edir. Bunun nəticəsidir ki, bu gün erməni yalanları əvvəlki dövrlərdə olduğu kimi ayaq tutub yerimir.

 

Prezidentin çıxışı həqiqətlərə yeni işıq saldı

 

Prezident İlham Əliyevin sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında etdiyi çıxış bir daha Ermənistanın işğalçılıq siyasəti barədə əsl həqiqətlərin dünyaya çatdırılması baxımından mühüm hadisə oldu. "Azərbaycan ərazisinin təqribən 20 faizi 30 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistan BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq etmiş, Azərbaycanın Dağlıq Qarabağ ətraf yeddi rayonunu işğal etmişdir. Bir milyondan artıq azərbaycanlı qaçqın məcburi köçkün vəziyyətinə düşmüşdür.Ermənistan işğal etdiyi ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bütün azərbaycanlı əhali işğal edilmiş ərazilərdən qovulmuşdur. Ermənistan azərbaycanlı mülki şəxslərə qarşı bir sıra müharibə insanlıq əleyhinə cinayətlər törətmişdir. Torpaqlarımızın işğalına görə məsuliyyətdən yayınmaq məqsədilə Ermənistan həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaratmışdır”, - deyən Prezident İlham Əliyev indiyədək Ermənistanın işğalçı terrorçu siyasətinin nəticəsi olan bütün məsələlər barədə dünya ictimaiyyətini məlumatlandırdı.

Prezidentin toxunduğu Xocalı soyqırımı uzaq keçmişdə yox, 1992-ci ildə baş verib. 2 yaşlı Zəhra Quliyevə onun nənəsi 3 il əvvəl qətlə yetiriliblər. Bu il isə Ermənistan Azərbaycanın dövlət sərhədini pozaraq Azərbaycana hücum edib, Goranboya göndərdiyi diversiya qrupu ilə terrora cəhd edib. Həmçinin son günlərdə livanlı erməniləri terrorçu təşkilatların yaraqlılarını Qarabağda yerləşdirməyə başlayıb. Bütün bu hadisələr dünyanın gözü qarşısında baş versə , təəssüf ki, Ermənistanın insanlıq əlyehinə olan cinayətləri, beynəlxalq hüquqa zidd olan əməlləri cəzasız qalır. Lakin elə son onilliklərin təcrübəsi göstərir ki, ayrı-ayrı təşkilatlar dövlətlər yeri gələndə beynəlxalq hüququn normalarının pozulmasına görə hansısa dövlətlərə qarşı kəsərli təzyiq göstərə bilirlər. İşğalçı, insan hüquqlarını pozan, antidemokratik rejimlərə qarşı sanksiyaların tətbiq olunmasına dair kifayət qədər nümunələr göstərmək olar. Ermənistanın hərbi cinayətlərinə gəldiklə isə, beynəlxalq ictimaiyyətin susqunluq nümayiş etdirməsi, ATƏT MQ-nun daim ikili standartlardan çıxış etməsi, son aylarda baş verənlərlə bağlı laqeydliyi, sadəcə, təəssüf doğurur.

Bununla belə, İlham Əliyevin hücum diplomatiyası ildən-ilə dünya erməniliyinə yalançı erməni təbliğatına daha güclü zərbə vurur. Görünən odur ki, artıq dünyadakı erməni mifi dağılmağa başlayır saxta erməni təbliğatı iflasa uğrayır. Uğurla davam edən bu tendensiya qondarma erməni soyqırımını təbliğ edən ermənilərin niyyətlərini, planlarını da alt-üst edir. İyul ayında baş verən Tovuz hadisələrindən sonra erməni yalanlarının beynəlxalq səviyyədə ifşası daha da sürətləndi. Bu baxımdan Prezident İlham Əliyevin BMT tribunasından çıxışı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərə yeni işıq saldı. Erməni yalanlarının sürətlə iflasa uğradıldığı indiki şəraitdə İlham Əliyevin bu çıxışının effektiv nəticələr verəcəyi şübhəsizdir.

 

Sülhsevər Azərbaycanın təcavüzkar Ermənistanın müqayisəsi

 

Prezident İlham Əliyev çıxışında həm Azərbaycanın iqtisadi inkişaf göstəricilərini, qlobal problemlərin müzakirəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyəti diqqətə çatdırdı. "Son 17 ildə Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul 3 dəfə artmışdır. Ötən 17 il ərzində Azərbaycanda yoxsulluq 49 faizdən 5 faizə enmişdir. Son 17 ildə ölkəmizdə 3700-dən artıq məktəb yenidən tikilmiş ya əsaslı təmir edilmişdir. Ölkəmizdə savadlılıq səviyyəsi 100 faizə yaxındır”, - deyən Prezident Azərbaycanın "Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasında böyük tərəqqinin əldə etdiyini, qısa vaxt ərzində BMT- iki dəfə könüllü milli hesabat verdiyini, "Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə 166 ölkə arasında 54-cü yerdə olduğunu bildirdi. Fəzada 3 peyki olan Azərbaycan "Şərq-Qərb”, "Şimal-Cənub "Şimal-Qərbnəqliyyat dəhlizlərinin kəsişdiyi məkan, Avrasiyanın mühüm etibarlı nəqliyyat-logistika mərkəzidir.

İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın sivilizasiyalar mədəniyyətlərarası dialoqun inkişafına da böyük töhfələr verməsini təmin edir. Multikulturalizm ünvanı kimi tanınan Azərbaycan dünyaya dözümlülüyün birgəyaşayışın ən gözəl nümunələrini təqdim edir. Ölkəmizin təşəbbüsü ilə başladılan BMT tərəfindən dəstəklən "Bakı Prosesimüsəlman aləmi Avropa arasında dialoq əməkdaşlığın möhkəmləndirilməsi məqsədlərinə xidmət edir.

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, ilk Avropa Oyunları IV İslam Həmrəyliyi Oyunları kimi qlobal tədbirlərə evsahibliyi etməsi, ümumilikdə isə, Bakının beynəlxalq tədbirlər mərkəzinə çevrilməsi Azərbaycanın sülhsevər, dünyanı narahat edən problemlərlə bağlı müzakirələrə açıq bir dövlət olduğunu təsdiq edir. Son olaraq İlham Əliyevin pandemiyaya çevrilən koronavirusla mübarizədə beynəlxalq həmrəyliyin əldə olunması ilə bağlı təşəbbüsləri bütün dünyada təqdir edildi.

Prezident İlham Əliyev çıxışında bu məsələlərə toxunmaqla həm Azərbaycanla Ermənistanın müqayisəsini verdi. Məhz işğalçılıq siyasətinin nəticəsi olaraq bu gün Ermənistanda ötən əsrin 90-cı illərinin gərgin sosial-iqtisadi mənzərəsi yaşanır. Bu ölkədə iqtisadiyyat tənəzzüldən çıxa bilmir, vətəndaşları isə səfalət içində yaşayır. İşğalçılıq siyasətinin nəticəsidir ki, Ermənistan monoetnik ölkəyə çevrilib, hətta ermənilər özləri ilk fürsətdə xaricə miqrasiya edirlər. Təbii ki, belə dövlətdən qlobal məsələlərə hansısa töhfə gözləmək olmaz. Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsinə qarşı çıxan yeganə ölkə Ermənistan olmuşdu.

Beləliklə, sivil Azərbaycanın dünyaya verdiyi töhfələrdən uzaq olan Ermənistan təcavüzkarlığı terrorçuluğu ilə bölgənin təhlükəsizliyinə təhdiddir. Beynəlxalq təşkilatlar buna biganə qalmamalı, terrorçuya qarşı kəsərli təsir göstərməlidirlər. Ümumi debatlarda çıxışının sonunda təkliflərlə çıxış edən Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmamasının BMT-nin nüfuzunu sarsıtdığını bildirərək, qətnamələrin icrası mexanizmlərinin yaradılmasının vacibliyini diqqətə çatdırdı.

BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında etdiyi çıxış bir daha göstərdi ki, Prezident İlham Əliyev respublikamızın milli maraqlarını layiqincə təmin edir. Onun çevik qətiyyətli siyasətinin nəticəsidir ki, Ermənistan beynəlxalq miqyasda sürətlə ifşa olunur.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2020.-26 sentyabr.- S.1; 3.