Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 9, maddə 1841; 2019, ¹ 5, maddə 822, ¹ 10, maddələr 1586, 1588) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.0.30-1-ci yarımbənd əlavə edilsin:

"3.0.30-1. turizmmehmanxana (o cümlədən mehmanxana tipli digər obyektlər) fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyenakarantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 sentyabr 2020-ci il

 

Azərbaycan.- 2020.-27 sentyabr.- S.2.