“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli
96-VQ nömrəli Qanununun tətbiqi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
"Azərbaycan
Respublikası İnzibati
Xətalar Məcəlləsinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il
29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
15 fevral tarixli 795 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, № 2 (II kitab), maddə
259, № 3, maddə 460, № 4, maddə
670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə
1468, № 10, maddələr 1614, 1638; 2017, № 2,
maddələr 176, 202, № 3, maddə
351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr
1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr
1788, 1798, № 11, maddələr 2003, 2027, № 12
(I kitab), maddələr
2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr
418, 428, 443, 445, № 5, maddələr 914, 918,
926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465,
1477, 1494, 1504, № 8, maddələr 1678, 1697,
№ 9, maddə 1840, № 11, maddələr
2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə
426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr
1035, 1046, № 8, maddələr 1395, 1401, № 11,
maddə 1700; 2020, № 3, maddələr
238, 240, 241, № 5, maddələr 540, 564, № 6,
maddələr 691, 709; Azərbaycan
Respublikası Prezidentinin
2020-ci il 3 iyul tarixli 1083 nömrəli,
10 iyul tarixli 1100 və 1104 nömrəli,
10 avqust tarixli 1124 nömrəli, 11 avqust tarixli 1129 nömrəli fərmanları) 5.6-2-ci bəndi
aşağıdakı redaksiyada
verilsin:
"5.6-2. həmin
Məcəllənin 211-ci maddəsində
nəzərdə tutulmuş
inzibati xətalar haqqında işlərə
həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının
Daxili İşlər
Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi, sahibkarlıq
fəaliyyəti (ictimai
iaşə, turizm və mehmanxana (mehmanxana tipli digər obyektlər daxil olmaqla) fəaliyyəti istisna olmaqla) subyektlərinə və onların vəzifəli şəxslərinə
münasibətdə, həmçinin
Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
yanında Dövlət
Vergi Xidməti və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi, ictimai iaşə sahəsində
fəaliyyət göstərən
sahibkarlıq subyektlərinə
və onların vəzifəli şəxslərinə
münasibətdə, həmçinin
Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi
Agentliyi, turizm və mehmanxana (mehmanxana tipli digər obyektlər daxil olmaqla) fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinə
və onların vəzifəli şəxslərinə
münasibətdə isə
həmçinin Azərbaycan
Respublikasının Dövlət
Turizm Agentliyi baxır;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
24 sentyabr 2020-ci il
Azərbaycan.- 2020.-27 sentyabr.- S.2.