Azərbaycan bu dəfə birincilərdən olacaq

 

Ötən ilin sonundan etibarən dünyaya sürətlə yayılan koronavirus infeksiyasına görə yaranmış pandemiya əksər ölkələrin səhiyyə iqtisadiyyatını böhran vəziyyətinə salıb. Pandemiya davam etdiyi müddətdə bir çox sərt karantin tədbirləri müalicə metodları tətbiq edilsə , güclü mübarizə sistemləri hələ hazır deyil.

Yoluxdurucu xəstəliklərə səbəb olan digər viruslardan fərqli olaraq, COVID-19 mutasiya olur, yoluxdurucu gücü artır. Epidemioloji vəziyyətə nəzarət edə bilmək üçün isə yumşaq karantin tədbirləri davam etdirilir, əhalinin hədəf qruplarının vaksinasiyası aparılır.

Aylardır bəşəriyyət bu təhlükəli bəladan qurtulmaq üçün bütün ümidlərini peyvəndə bağlayıb.

Hazırda bir sıra ölkələr vaksinlər üzərində aparır ön sifarişlər qəbul edirlər. Lakin vaksinlərə olan tələbatın onların istehsal potensialından çox olmasını nəzərə alaraq, növbəti sifarişləri tezliklə tam təmin etməkdə çətinlik yarana bilər. COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək məqsədilə bir müddət əvvəl Qlobal Peyvəndlər Alyansı (GAVI), Epidemiyaya Hazırlıq İnnovasiyalar Alyansı (CEPI) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən COVAX platforması yaradılıb. COVAX, geniş sayda peyvənd namizədlərini müxtəlif texnologiyalar vasitələrilə qiymətləndirərək təhlükəsiz COVID-19 peyvənd təkliflər portfelini istifadə etmə imkanı yaradan əvəzolunmaz mexanizmə malik sistemdir. COVAX bütün ölkələr üçün effektiv peyvənd axtarışını sürətləndirən, dünyada COVID-19-a qarşı peyvəndlərə sürətli, ədalətli bərabər əlçatanlığı təmin etmək üçün hazırlanmış bir mexanizmdir. Onun məqsədi 2021-ci ilin sonunadək normativ təsdiqlənmə ya ÜST-nin prekvalifikasiya mərhələsindən keçmiş iki milyard doza miqdarında təhlükəsiz effektiv peyvəndin paylanmasıdır.

Sentyabrın 18-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi GAVI təşkilatı arasında imzalanmış sazişə əsasən, ÜST tərəfindən təsdiqlənmiş tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq.

ÜST-nin Azərbaycan nümayəndəliyi rəsmi Bakının COVAX mexanizminə qoşulma təşəbbüsünü alqışlayıb. ÜST-nin Azərbaycan nümayəndəliyindən bildirilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi GAVI arasında bağlanan sazişə görə, ÜST-nin prekvalifikasiya mərhələsindən keçmiş COVID-19 əleyhinə peyvənd istehsal olunduqda Azərbaycan peyvəndi ilk əldə edən ölkələrdən biri olacaq.

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bu barədə danışarkən bildirib ki, vaksinasiya üçün ölkənin tələbi üzrə hesablamalar əhalinin ilkin olaraq 20 faizinə peyvəndin vurulmasının epidemioloji vəziyyətə effektiv nəzarət etmək üçün kifayət edə biləcəyini göstərir. Lakin vaksinlər üzrə vacib tələblər mövcuddur. Belə ki, onlar effektiv təhlükəsiz, kənar mənfi təsirləri minimum səviyyədə virusa qarşı ən azından 50-70 faiz qoruyuculuq qabiliyyətində olmalıdır.

R.Bayramlının sözlərinə görə, Azərbaycan əhalisinin 10 faizə qədəri üçün peyvəndin COVAX çərçivəsində alınması nəzərdə tutulub. Sazişə əsasən, vaksinin ümumi dəyərinin bir hissəsi, yəni 3 milyon 235 min 840 dolları avans məbləği şəklində indi ödənilməlidir. Vaksinin tam təhlükəsizliyi ilə bağlı sınaqlar başa çatdıqdan sonra alacağımız vaksinin məbləğinin digər hissəsi ödənilməlidir. Hökumətin qərarına əsasən, bu sazişin icrasından irəli gələn məsələlərin, yəni COVAX platforması çərçivəsində ÜST tərəfindən təsdiq olunmuş vaksinlərin alınaraq Azərbaycana gətirilməsinin maliyyə xərcləri Koronavirusla Mübarizəyə Dəstək Fondundan ödəniləcək.

Mart ayında COVID-19 xəstəliyinin Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınmasını, profilaktik təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsini, əhalinin həyat sağlamlığının qorunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Həmin vaxt xalqımızın milli həmrəyliyi dəstəyi ilə fonda milyonlarla manat vəsait toplandı. Dövlət başçısı İlham Əliyev Birinci xanım Mehriban Əliyeva bir illik əməkhaqlarını fonda ianə etdilər.

Fondun vəsaitinin sərəncamçısı Nazirlər Kabinetidir. Baş Nazirin apreldə imzaladığı qərarla fondda toplanmış vəsaitdən istifadə zamanı şəffaflığın təmin edilməsi vəsaitdən istifadə barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması məqsədilə Nazirlər Kabineti yanında İctimai Nəzarət Şurası yaradılıb. Fondun fəaliyyətində tam şəffaflığın təmin edilməsi çərçivəsində bütün ianələr onları edən fiziki hüquqi şəxslər barədə fondun rəsmi internet səhifəsində məlumat yerləşdirilir.

Azərbaycan dövləti koronavirus infeksiyasına qarşı mübarizəni ardıcıl davam etdirir əhalinin sağlamlığının qorunması üçün bütün mümkün üsullardan istifadə edir, bu məsələdə maksimum şəffaflıq ictimai nəzarət təmin olunur. Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaiti son qəpiyinə qədər xalqımızın sağlamlığına, COVID-19 pandemiyasından xilas olmasına xərclənəcək.

Qabaqlayıcı qadağanedici tədbirlər, eləcə insanların karantin qaydalarına əməl etməsi, məsuliyyətli davranması sayəsində hazırda respublikamızda epidemioloji vəziyyət tam nəzarət altındadır, virusa kütləvi yoluxmanın qarşısı alınıb, gündəlik statistika sayı sabitləşib. Lakin bu, heç koronavirusun təsir gücünün azalması kimi qəbul edilməməlidir. Nəzərə alsaq ki, məktəblərin, yerlərinin açılması, nəqliyyat vasitələrinin tam gücü ilə fəaliyyət göstərməsi insanlar arasında təmasların artması deməkdir. Təmasların sayı artdıqca isə yoluxmaların da çoxalması labüd haldır. Belə olan halda qarşımızda duran əsas vəzifə karantin qaydalarına daha ciddi riayət etməkdir. Unutmayaq ki, hazırda həyatımız məhz bu sadə qaydalardan asılıdır.

 

Xəyalə MURADLI,

 

Azərbaycan.- 2020.- 27 sentyabr.- S.1; 4.