Azərbaycan Ordusu düşmənə
layiqli cavab verərək
uğurlu əks-hücum əməliyyatları
həyata keçirir
Sentyabrın 29-da Qətər dövlətinin Əmiri Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Söhbət zamanı iki ölkə arasında ikitərəfli münasibətlərlə bağlı məsələlər müzakirə edilib. Qətər dövlətinin Əmiri və Azərbaycan Respublikasının Prezidenti, eyni zamanda, Ermənistanla Azərbaycan arasında yaranmış gərginliyə dair məsələləri də müzakirə ediblər. Bu baxımdan Qətər dövlətinin Əmiri vəziyyəti sakitləşdirməyə, hər iki ölkənin və xalqın maraqlarının qorunması yolu ilə dialoq və diplomatik vasitələrlə iki ölkə arasında olan mübahisənin həlli üzərində işləməyə çağırıb.
Prezident
İlham Əliyev bildirib
ki, sentyabrın 27-də Ermənistan
növbəti dəfə Azərbaycana qarşı hərbi təxribat
törədib. Ermənistanın təmas xətti boyunca yerləşən yaşayış məntəqələrimizi
və hərbi birləşmələrimizi ağır artilleriya qurğularından atəşə
tutması nəticəsində mülki
şəxslərimiz və hərbi qulluqçularımız
həlak olub. Azərbaycan ordusu
düşmənə layiqli cavab verərək uğurlu
əks-hücum əməliyyatları həyata keçirir. Dövlətimizin
başçısı vurğulayıb ki,
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi yalnız və yalnız beynəlxalq hüququn norma və
prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həll edilə bilər.
Azərbaycan.- 2020.-30 sentyabr.- S.3.