Azərbaycan Milli Məclisinin və Pakistan Senatının sədrləri arasında telefon danışığı olub

 

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova ilə Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd Sadiq Sancrani arasında telefon danışığı olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, telefon danışığı zamanı Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlar müzakirə olunub.

Spiker bildirib ki, 27 sentyabr tarixində səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlarartilleriya qurğularından intensiv atəşə tutub. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması işğalçı ölkə və onun hərbi-siyasi rəhbərliyi tərəfindən qəsdən və hədəflənmiş şəkildə həyata keçirilmiş təxribatdır.

Milli Məclisin Sədri mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananların olduğunu pakistanlı həmkarının diqqətinə çatdırıb. Spiker xüsusi olaraq qeyd edib ki, vəziyyətin gərginləşməsinin məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

 

Azərbaycan.- 2020.-30 sentyabr.- S.4.