Dağlıq Qarabağın azərbaycanlı icması
Ermənistanın müharibə və siyasi
cinayətləri barədə beynəlxalq təşkilatlara
müraciət ünvanlayıb
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması təmas xəttində Ermənistan silahlı qüvvələrinin həyata keçirdikləri müharibə və siyasi cinayətlərlə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
İcmadan AZƏRTAC-a verilən məlumata görə, müraciətdə deyilir ki, icma təmas xəttində Azərbaycanın işğal altında olan ərazilərindən dinc əhalinin atəşə tutulduğunu və nəticədə mülki şəxslər arasında tələfat baş verdiyini, evlərin, çox mənzilli yaşayış binaların dağıdılması ilə bağlı faktları beynəlxalq təşkilatların diqqətinə çatdırıb.
Həmçinin azərbaycanlı dinc əhaliyə məxsus fərdi təsərrüfatların Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində zərər çəkdiyinə diqqət yönəldilib.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı indiyə qədər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri əsas götürərək Ermənistanın tərəfindən bu sənədlərin icrasına imkan yaradılmadığını xüsusilə qeyd edib.
İcma beynəlxalq təşkilatları
təmas xəttində Ermənistan tərəfindən həyata
keçirilən hərbi-siyasi cinayətlərə göz yummamağa
çağırıb. İcma bəyan edib ki, beynəlxalq təşkilatların
haqqı müdafiə etməməsi bu təşkilatların
nüfuzuna böyük
zərbə vurur.
Azərbaycan.-
2020.-30 sentyabr.- S.5.