İlahiyyat İnstitutunun tələbələri də könüllülər hərəkatına qoşulacaq

 

2020-ci il "Könüllülər ili"dir

 

Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini gücləndirmək, gəncliyin potensialından xalqın rifahı ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci il Azərbaycan Respublikasında "Könüllülər ilielan edilib.

"Könüllülər iliilə bağlı Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə könüllülük fəaliyyəti artıq bir çox sahəyə nüfuz edərək, böyük hərəkata ictimai həyatımızın müxtəlif sahələrinə yayılaraq gənclərimizin yaşam tərzinə çevrilib: "Əminliklə deyə bilərik ki, könüllülük hərəkatı ölkəmizin hər tərəfinə yayılaraq, cəmiyyətin bütün təbəqələrini əhatə edir. ASAN, "Regional İnkişafİctimai Birliyi, "Bir” Tələbə könüllüləri hərəkatlarının fəaliyyəti, o cümlədən digər qurumların tərkibində yaranan könüllü qrupları öz təşəbbüskarlıqları, müasir dünyagörüşləri ilə seçilir, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin təşkilində əvəzsiz xidmətlər göstərirlər”.

C.Məmmədov vurğulayıb ki, İlahiyyat İnstitutu da fəaliyyətə başladığı gündən etibarən ölkədə həyata keçirilən könüllülük fəaliyyətində fəal olmağa, ölkəmizin inkişafı üçün səylə çalışmağa, yerli və beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil etməyə xüsusi əhəmiyyət verir.

İnstitutda könüllülük fəaliyyətinin sistemləşdirilməsi, könüllülük mədəniyyətinin formalaşdırılması, tələbə-könüllülərin dünyagörüşünün zənginləşdirilməsi və onların təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla sosial aktivliyinin təmin edilməsi məqsədilə davamlı maarifləndirmə işi aparılır, görüşlər keçirilir: "Bu istiqamətdə baş tutan görüşlərdən biriBMT-nin Azərbaycan üzrə Könüllülər Proqramının təmsilçisi Kiyoun Kimin "BMT-nin Könüllülər Proqramı” barədə institutumuzda olan təqdimatının keçirilməsidir.

İnstitutumuz Təhsil Nazirliyinin "Bir” Tələbə Könüllü Proqramına da qoşulub. Bu layihə gənclərin fərdi inkişafına, müxtəlif sahələrdə təcrübə qazanmasına, bilik və bacarıqlarını artırmasına, fəal tələbə həyatı yaşamalarına şərait yaradır”.

Rektor qeyd edib ki, "Könüllülər ili” çərçivəsində tələbələrin daha fəal olmasına inanır, institutda bu istiqamətdə tədbirlər və maarifləndirici görüşlərin keçirilməsini planlaşdırırlar.

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2020.- 10 yanvar.- S.4.