Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

 

Məzahir Pənahovun sədrliyi ilə yanvarın 9-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 5 yanvar 2020-ci il tarixli iclasının protokolu təsdiq olunub.

Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər və 2019-cu il il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Müraciətlər seçki prosesinin iştirakçısı olan maraqlı subyektlərin və səlahiyyətli nümayəndələrin iştirakı ilə Komissiyanın iclasında geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.

Qeyd edək ki, Milli Məclisə seçkilərə dair müraciətlərin müzakirəsi zamanı namizədin qeydə alınmaması ilə bağlı müvafiq dairə seçki komissiyasının qərarı ləğv edilib və namizədliyi siyasi partiya tərəfindən irəli sürülən bir nəfərin Milli Məclisə seçkilərdə namizədliyi qeydə alınıb.

Beynəlxalq müşahidəçilərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilibcari məsələlərə baxılıb.

 

Azərbaycan.- 2020.- 10 yanvar.- S.5.