B.V.Məsimovun (Baba Vəziroğlunun) “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Baba Vəzir oğlu Məsimov (Baba Vəziroğlu) "Şöhrət” ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 yanvar 2020-ci il

 

Azərbaycan.- 2020.- 11 yanvar.- S.1.