Pakistanın mətbuatında Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə dərc olunub

 

Pakistanda nəşr edilən "National Herald Tribune”, "The Every Day” qəzetlərində bu mətbu orqanların internet səhifələrində Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar "Kütləvi islahatlar üçün strateji istiqamətadlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanda aparılan sosial-iqtisadi, siyasi inzibati islahatlar çərçivəsində ötən il parlamentin buraxıldığı qeyd edilib.

Müəllif Azərbaycanın dünyada ən qədim demokratik dövlətlərdən biri olduğunu, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müstəqilliyini elan etdikdən sonra qadınların, milli azlıqların etnik qrupların səsvermə hüququnu təmin etdiyini, müsəlman dünyasında ilk demokratik respublikanın məhz ölkəmizdə qurulduğunu diqqətə çatdırıb.

Yazıda Azərbaycanın bütün müasir demokratik institutlara malik olduğu, son illərdə ölkəmizdə iqtisadi siyasi islahatların geniş vüsət aldığı qeyd edilib. Vurğulanıb ki, aparılan islahatlar ölkə iqtisadiyyatının şaxələndirilməsinə, yüksək iqtisadi göstəricilərin əldə edilməsinə, iqtisadi sərbəstliyə və regional əlaqələrin inkişafına gətirib çıxarıb.

Müəllif, həmçinin Azərbaycanda aparılan kadr islahatlarına, o cümlədən gəncləşmə siyasətinə toxunub, gənclərin öz potensiallarını göstərə bilmələri üçün yaxşı fürsət yarandığını, aparılan islahatların fevralın 9-da keçiriləcək parlament seçkilərində gənclərin yeni ideya və mexanizmlərlə iştirak etməsinə stimul verəcəyini vurğulayıb.

Yazıda qeyd olunur ki, keçiriləcək parlament seçkiləri KonstitusiyaSeçki Məcəlləsi ilə beynəlxalq standartlara uyğun olaraq tənzimlənir. Mərkəzi Seçki Komissiyası və onun tabeliyindəki qurumlar vəzifə və funksiyalarında tamamilə azad, müstəqil və qərəzsizdir. Hər bir namizədin və siyasi partiyanın ölkədə ümumi şəffaflığı, azad və ədalətli seçkiləri dəstəkləyən bərabərlik və ədalət hüququ vardır.

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

http://dailynht.com/epaper/main.php?action=epaper&id=main&page=3&dt=08-01-2020.

 

Azərbaycan.- 2020.- 11 yanvar.- S.4.