Böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş yekun tədbir

 

Yanvarın 13-də Gənc Tamaşaçılar Teatrında Təhsil Nazirliyinin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş yekun tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizmdini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, media qurumlarının rəhbərləri, KİV təmsilçiləri iştirak ediblər.

Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin "Nəsimi ilielan edilməsi haqqında sərəncamlarının əhəmiyyətindən danışıb.

Nəsimi yaradıcılığından söz açan nazir onun ədəbiyyat və fəlsəfi fikir tarixində özünəməxsus yeri olduğunu deyib. Qeyd edilib ki, Nəsiminin ədəbiyyatımızın inkişafında, zənginləşdirilməsində mühüm xidmətləri olub. Nəsimi yaradıcılığında humanizm ideyaları, insana sevgi, məhəbbət duyğuları əsas yer tutur.

C.Bayramov Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planına əsasən görülən işləri diqqətə çatdırıb. Bildirib ki, 2019-cu il ərzində ali təhsil müəssisələrində elmi konfrans, simpoziumseminarlar keçirilib. Həmçinin təhsil müəssisələrində şairin bədii irsini, yaradıcılığını əks etdirən kitabfotolardan ibarət sərgilər təşkil olunub. İl ərzində ümumi, peşə, orta-ixtisas və məktəbdənkənar təhsil müəssisələrində Nəsiminin həyat və yaradıcılığına həsr edilmiş ədəbi-bədii gecələr və müsabiqələr də təşkil edilib.

Sonra Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına Liseyin şagirdləri və dram dərnəyinin rəhbəri Bəhruz Vaqifoğlu tərəfindən Nəsiminin 650 illik yubileyi münasibətilə hazırlanmış "Mənəm” tamaşası nümayiş olunub.

 

Azərbaycan.- 2020.- 14 yanvar.- S.5.