2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının məşvərətçi səs hüquqlu üzvünün təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

 

QƏRAR № 9/58

 

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən Rəhimzadə Vüqar Gəncəli oğlu Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin edilmiş və onun üzvlüyünün təsdiq edilməsi üçün müvafiq sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, V.G.Rəhimzadənin məşvərətçi səs hüquqlu üzv kimi təsdiq edilməsi üçün hüquqi əsasların olmasını müəyyən etmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 148.6-cı maddəsinə görə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar hər bir seçki komissiyasının tərkibinə bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilərlər.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 21.1-ci, 21.3-cü, 28.2-ci, 28.4-cü və 148.6-cı maddələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə Rəhimzadə Vüqar Gəncəli oğlu Mərkəzi Seçki Komissiyasında Yeni Azərbaycan Partiyasının məşvərətçi səs hüquqlu üzvü kimi təsdiq edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

12.01.2020-ci il

 

Azərbaycan.- 2020.-14 yanvar.- S.7.