2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Vəhdət Partiyasının səlahiyyətli nümayəndəsinin qeydiyyatının ləğv edilməsi haqqında

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

 

QƏRAR ¹ 9/59

 

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə Vəhdət Partiyası 2020-ci il yanvarın 11-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək Komissiyanın 20 dekabr 2019-cu il tarixli 19/89 saylı qərarı ilə partiyanın səlahiyyətli nümayəndəsi kimi qeydə alınmış Fəxrəddin Zayıdağa oğlu Kərimlinin qeydiyyatının ləğv olununmasını xahiş etmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müraciətə baxaraq müəyyən etmişdir ki, Vəhdət Partiyasının səlahiyyətli nümayəndəsi F.Z.Kərimlinin qeydiyyatı ləğv olunmalı və "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) namizədin, siyasi partiyaların, siyasi partiyalar bloklarının və referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin statusu haqqında Təlimat”ın 3.3-cü bəndinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən ona verimiş lövhəcik etibarsız hesab edilməlidir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22-ci, 28.2-ci, 28.4-cü və 52.5-ci maddələrinə və qeyd edilən Təlimatın 3.3-cü bəndinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə Vəhdət Partiyasının səlahiyyətli nümayəndəsi Fəxrəddin Zayıdağa oğlu Kərimlinin qeydiyyatı ləğv olunsun və Mərkəzi Seçki Komissiyası tərəfindən ona verimiş lövhəcik etibarsız hesab edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

12.01.2020-ci il

 

Azərbaycan.- 2020.-14 yanvar.- S.7.