Qanla yazılan tarix

 

1990-cı ilin Qanlı Yanvarından artıq 30 il keçir. Bu hadisə yaranışından alnına "qan ləkəsidüşən M.Qorbaçovun Vətənimizə, xalqımıza qarşı törətdiyi dəhşətli cinayət idi. Ətrafına toplanmış ermənilərin ermənipərəst qüvvələrin toruna düşərək, öz əli ilə özünə əbədi satqınlıq, şərəfsizlik damğası vurdu o.

SSRİ kimi nəhəng bir dövlətin başına keçən M.Qorbaçov sərsəm "yenidənqurmasiyasəti adı altında dünyanın nizamını düzənləyən böyük bir ölkəni - ikinci super dövləti dağıtmağa başladı.

Bunun üçün o, siyasi büronun ən nüfuzlu üzvlərini, o cümlədən Heydər Əliyevi vəzifəsindən uzaqlaşdırmağa nail oldu. Məkrli niyyətlərini həyata keçirmək üçün artıq yollar açıq idi. İllərlə qazanılan vardısa, məhvə doğru istiqamət aldı. İqtisadiyyat çökdü, millətlərarası münaqişələr başlandı. Dünyanın müxtəlif ölkələrində kök atmış ermənilər, imperialist qüvvələrin dəstəyi ilə istədiklərinə nail oldular. Bəd niyyətli, xain xislətli, hiyləgər üzdəniraq qonşularımız dişlərini qıcayaraq belə fürsətin ələ düşməsini çoxdan idi ki, gözləyirdilər. Bunlar hamı kimi mənim qəlbimi qəzəb, nifrət hissi ilə doldurdu. Şeytan xislətli M. Qorbaçova ünvanladığım "Bir dəli quyuya bir daş atıbdırşeiri bu düşüncələrdən yarandı.

 

Gör necə söz deyib aqil babalar!

Bu sözün ardında mənalı bir sirr:

"Bir dəli quyuya bir daş atıbdır,

Min ağıllı onu çıxara bilmir”.

 

Daşa da ad tapdı çox əziz-xələf,

Dedi ki, qoyuram "yenidənqurma”.

O daş o quyuya atılan gündən

Başladı vurhavur, yenidənqırma.

 

Axı, necə olub, bu boyda daşı

Bir dəli quyuya ata bilibdi?!

Hansı hiylə ilə, hansı güc ilə

O öz məqsədinə çata bilibdi?!

 

... O dəli, sən demə, şeytan misallı,

Dondan-dona girib, evlər yıxıbdı.

Bizi itələyib quyu dibinə,

Sonra iblis kimi yoxa çıxıbdı.

 

Hərdən ip sallayır özü quyuya,

Tarix naxələftək onu anmasın.

İpə bilə-bilə sabun çəkib ki,

Xilas olunmağa ümid qalmasın.

 

Bir az sayıq olun, ölkələr, xalqlar,

Bəlkə , bu daşda sehr var, sirr var.

Biz onu quyuda qoya bilmərik,

Yoxsa bu dünyanı çəkib aparar.

 

Ermənilər havadarlarının köməyi ilə Qarabağımızın torpaqlarını mərhələ-mərhələ işğal etdilər. Etiraf etməliyik ki, bu işdə özümüzün günahımız az olmadı. Respublikanı idarə edə bilməyən, M.Qorbaçovun çaldığı hava ilə oynayan ovaxtkı hakimiyyət rəhbərləri xalq arasında gülüş obyektinə çevrilirdi. Bu isə müxalifət qüvvələrini hakimiyyəti ələ keçirməyə daha da ruhlandırırdı. Bir sözlə, respublikada xaos, özbaşınalıq, hərc-mərclik hökm sürürdü. Bədnam qonşularımızın da istədiyi elə bu idi. "Erməni xislətiadlı şeirimdə bu barədə belə demişəm:

 

Dolanır cəfənglər sənin başında,

"Dənizdən-dənizəxülyasındasan.

dədən, baban dəniz görübdür,

Özünsə gör nəyin sevdasındasan.

 

Dənizin özünün xisləti vardır:

Gah coşub kükrəyir, gah da ki yatır.

Acgözlər, xəbislər, artıqtamahlar

Onun sularında boğulur, batır.

 

...Guya cəfakeşsən min illər boyu,

Yolunu kəsibdir dağlar, duman, çən...

Torpağı, vətəni "sevənqurumsaq,

Bəs niyə hər yerə səpələnmisən?!

 

Ermənilərə havadarlıq edən M.Qorbaçovun əmri ilə 1990-cı ilin yanvarın 20-nə keçən gecə o vaxta qədər xilaskar sandığımız sovet ordusu Bakıya soxuldu. Gələnlər əslində xüsusi təyinatlılar idi. Əsgər zabitlər aldıqları tapşırıqlara əsasən hər yeri gülləbaran edir, qarşılarına çıxan insanları amansızcasına qətlə yetirir, tanklarla minik maşınlarının üstündən keçib gedir, hər kəsi, hər şeyi hərbi texnikanın tırtılları altına alırdılar. Bu vəhşiliyi görmək üçün evlərin eyvanına çıxan dinc insanlar - qoca, qadın, uşaqlar güllə yağışına tutulurdular. Bəzilərinə güllə eləcə evin içərisində dəymişdi. Yaralıları daşıyan tibb maşınlarına atəş açır, xəstəxanalardakı prosesini pozurdular. Həmin müdhiş gecədə yüzlərlə soydaşımız amansızcasına qətlə yetirildi, küçə xiyabanlar al-qana boyandı. Həm canilər bütün dünyada qadağan olunmuş zəhərli güllələrdən istifadə etmişdilər.

Ağır gündə yumruq kimi bir olmağı bacaran xalqımız müstəqillik, azadlıq yolunda canlarını qurban verən həmin şəhidləri misli görünməmiş izdihamla son mənzilə yola saldı. Namərd gülləsinə tuş gələn soydaşlarımız Moskvanın respublikamıza qarşı apardığı ədalətsiz siyasətə etiraz etmək, haqq səsini ucaltmaq üçün küçə meydanlara çıxmışdılar. Onların haqq tələb edən səsləri qan dənizində boğulsa da, yerdə qalmadı. Azadlığa gedən yolun ilk qurbanları oldu şəhidlərimiz. Xalqımızı müstəqilliyə, öz ölkəsinin, öz sözünün sahibi olmağa aparan yol bu hadisədən başladı. 20 Yanvar bir tərəfdən xalqımızın hüzn günüdürsə, digər baxımdan qəhrəmanlıq tariximizin yeni bir səhifəsidir. Şəhidlər haqqında yazdığım bu şeir həmin tarixi günlərin əks-sədasıdır:

 

Siz ey Vətən yolunda şirin canından keçib,

İgidliyi, mərdliyi özünə amal seçib,

Ömrün bahar çağında həyatdan erkən köçüb,

Ölümüylə bu yurdu, torpağı yaşadanlar,

Yaşayan hər ömürdə qanınız, canınız var!

 

Səs verdiniz Vətənin harayına, səsinə,

Yüksəldiniz müqəddəs şəhidlik zirvəsinə!

Məzarınız dönübdür ziyarət türbəsinə.

İnanın, and içirik, qanınız alınacaq!

Xatirəniz, ruhunuz həmişə anılacaq!

 

Bir ata övladından el oğluna döndünüz.

Kim deyər ki, öldünüz, kim deyər ki, söndünüz?!

Gələcək nəsillərə yetişəcək ününüz.

Siz bu gün , sabah da - əsrlərlə sağsınız!

Bu yurdun sinəsində vüqarsınız, dağsınız!

 

Siz yazdınız millətin tarixini qan ilə,

Sinənizdə yurd saldı yurda atılan güllə.

Məzarınız tutulur min çiçəyə, min gülə.

Tərsiniz çiçək kimi, həmişə baharsınız!

Azərbaycan köksündə əbədiyaşarsınız!

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2020.-16 yanvar.- S.7.