C.Ə.Səlimovanın Şərəf ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Cənnət Əlibəy qızı Səlimova "Şərəf ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 yanvar 2020-ci il

 

Azərbaycan.- 2020.- 18 yanvar.- S.1.