Gizli sirlər açılır

 

Qabaqcadan hazırlanan terror 20 yanvarda həyata keçirildi

 

Vladimir Lebedev 1988-1993-cü illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Sumqayıt Şəhər Şöbəsinin rəisi işləyib. Hazırda təqaüddə olan Ukraynada yaşayan polkovnik Vladimir Lebedev Azərbaycanla əlaqəsini kəsmir, işlədiyi müddətdə xalqımızdan gördüyü yaxşılıqları söyləməkdən çəkinmir (Bəziləri informasiya vermək istəmədikləri halda V. Lebedev Ukraynadakı azərbaycanlılarla görüşür, dostluq əlaqələrini davam etdirir).

Respublikanın Əməkdar jurnalisti Eyruz Məmmədov 1988-1993-cü illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Sumqayıt şöbəsinin sədri vəzifəsində çalışan V.Lebedevdən elektron müsahibə alıb. Həmin müsahibədə V.Lebedev Sumqayıt hadisələri ilə bağlı olmasına baxmayaraq, 20 Yanvar hadisələri ilə bağlı da maraqlı açıqlamalar verib. Vladimir Lebedev həmin zaman yüksək vəzifə tutduğundan baş verənlərin içində olub. Müsahibənin maraqlı olduğunu nəzərə alaraq onu oxuculara təqdim edirik.

 

"Mən adamları güllələmək üçün lisenziya almışam

 

- 20 Yanvar faciəsində Bakıya qoşunların yeridilməsindən yəqin ki, təhlükəsizlik orqanlarının xəbəri vardı.

- Moskvadan SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Bobkov mənə xəbər verdi ki, "Bakıya polkovnik Lebed (sonralar general oldu - müəllif) qoşunla gəlir. Nasoslu aerodromunda onu qarşıla, axmaq adamdır, çalış onunla dil tap, qırğın olmasın”. Mən ona sual verdim ki, bəs siz bu işdə niyə öz səlahiyyətlərinizdən istifadə etmirsiniz? O, cavab verdi ki, "mən artıq heç edə bilmirəm. Bu, Kremlin göstərişidir”. Nasosluda Lebedi qarşıladım. Hərbçi kimi çox kobud, yaramaz, qaniçənin biri idi. Ondan xahiş etdim ki, Bakıya qoşun yeritməsin, o isə mənə cavabında dedi ki, "get işinlə məşğul ol, mən adamları güllələməyə lisenziya almışam”. Bir neçə saatdan sonra Nasosluya çoxlu sayda "TİR” maşınları daxil oldu. Fikirləşdim, görəsən bunlar nədir belə? Maşının içindən mülki formada müxtəlif yaşda adamlar düşdü. Bunlar Stavropoldan gətirilmiş erməni millətindən olan banditlər, narkomanlar, başkəsənlər idi. Onlara narkotik preparatlar spirtli içkilər verildi. Sonra silahlar paylanıldı Lebed göstəriş verdi ki, qarşınıza çıxanı atəşə tutun. Nəticəsi isə artıq sizə məlumdur. Bakıda çoxlu adam qırıldı. Ölənlərin siyahısını əldə etdik. Onların cəsədlərində olan güllələri çıxardıb ekspertizaya vermək istəyirdik.

- Buna lüzum var idi? Ölən ölmüşdü...

- Hər bir idarənin özünəməxsus xüsusiyyətləri var. Bundan ola bilsin sizin xəbəriniz yoxdur. Bunun hüquqi tərəfi var. Biz gülləni insan cəsədindən çaxardandan sonra biləcəkdik ki, bu güllə hansı silahdan açılıb. Bu, bir. İkincisi, bu silah harada istehsal olunub. Üçüncüsü, bu silahı kimə veriblər kim bu silahdan atəş açıb. Həmin adamlar məlum olandan sonra onlar haqqında cinayət işi qaldırılmalı idi. Lakin qoymadılar. Bizi bu işdən kənarlaşdırdılar.

- Siz sahə müvəkkili deyildiniz axı, dövlətin içində dövlət olan "KQB”-nin əməkdaşı idiniz, sizi kim kənarlaşdıra bilərdi?

- Moskva, Kremldə əyləşənlər.

 

20 Yanvar Bakı qırğınında Qorbaçov, Yakovlev, general Qraçovun xüsusi xidmətləri olub

 

- Lebedi bura kim göndərmişdi?

- Bilirsiniz, Bakıya qoşunun yeridilməsində Aleksandr Yakovlevin böyük rolu olub. O, general Qraçova müraciət etmişdi ki, ona qəddar bir hərbçi versin, o da dostu Lebedin namizədliyini irəli sürmüşdü. Bu yaramaz hərbçi öz işini "müvəffəqiyyətləyerinə yetirdi general rütbəsini almağa nail oldu. Bakıda vəziyyət gərginləşəndə general Roxlinin namizədliyi vardı. O, çox obyektiv, insanpərvər adam idi. Adamlara güllə atmazdı. Ona görə onun namizədliyini rədd etdilər. Bakıda qırğın törətmək lazım idi, bunu da alcaqcasına etdilər. Bir sözlə, Bakı qırğınında Qorbaçovun, Yakovlevin Qraçovun böyük rolu olmuşdur.

HAŞİYƏ: "Exo Sumqaitasənədli filmini çəkərkən SSRİ Müdafiə naziri, Mərkəzi Komitənin Siyasi Bürosunun üzvü D.Yazov 20 Yanvarla bağlı sualımızı belə cavablandırdı: "Yanvar ayının 17-də səhər saat 11-də məni Qorbaçov yanına dəvət etdi. Yanında SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Kruçkov SSRİ Daxili İşlər naziri Bakatin var idi. Qorbaçov dedi ki, Primakov Bakıdan zəng vurmuşdu, vəziyyət olduqca mürəkkəbdir. Təcili Bakıya uçun, vəziyyət haqqında mənə məlumat verin. Biz təyyarəyə minib Nasoslu aerodromuna endik. Maşınlara əyləşib Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə getdik. Mərkəzi Komitənin birinci katibi Vəzirov demək olar ki, canlı meyit idi. Respublikanı Primakov idarə edirdi. Məsləhətləşmə aparandan sonra o, Qorbaçova zəng vurdu qoşun yeridilməsi təklifini verdi. Sonra Qorbaçov mənimlə danışdı dedi ki, Primakovun dediyinə görə, vəziyyət olduqca ağırdır. Ona görə qoşunun yeridilməsi məsləhətdir”.

- Yuxarıda qeyd etdiniz ki, Lebed dedi ki, "mən adamları güllələməyə lisenziya almışam”. Kimdən bu lisenziyanı almışdı? Əgər bu lisenziyanı Yazov veribsə, o, bunu təkbaşına edə bilməzdi. Görünür, bu işdə bilavasitə Qorbaçovun rolu vardır, eləmi?

- Suala artlq özünüz cavab verdiniz.

- Bakıya qoşun yeridilməsinin alternativi yox idimi?

- Var idi. Lakin onu həyata keçirməyə qoymadılar.

- Niyə?

- Azərbaycanın daxili qoşunları yox idi. Milis bununla bacarmazdı. Biz SSRİ Müdafiə Nazirliyi sistemində çalışan azərbaycanlılarla maraqlandıq. Ölkənin ayrı-ayrı bölgələrində 6 min azərbaycanlı zabit general var idi. Biz belə təklif irəli sürdük ki, gəlin həmin adamlardan bir neçə batalyon yaradıb Bakıya göndərək. Bakının komendantı da azərbaycanlı olsun. Belə olan halda qırğın da olmaz. Qardaş qardaşa hər halda güllə atmazdı. Lakin "KQB”-nin bu təklifi Mərkəzi Komitənin Siyasi Bürosu tərəfindən rədd edildi. Canfəşanlıq göstərən isə Aleksandr Yakovlev oldu.

- Qorbaçovu bir şəxsiyyət kimi necə qiymətləndirirsiniz?

- Səriştəsiz, bacarıqsız qorxaq bir adam idi. Rüşvətxorun böyüyü, avantürist idi. Stavropol vilayətində işləyəndə ləqəb almışdı. "Mişka pılesos”, "Mişka çervonets”, "Mişka v konverte”. Onun dövründə emənilər Stavropolda öndə idilər. Bütün "kölgəsexlərinə ermənilər rəhbərlik edirdilər. Ticarət, iaşə məişət xidməti onların əlində idi. İki milis rəisi, bir dövlət təhlükəsizlik komitəsinin yerli sədri erməni millətindən idi. İcraiyyə komitəsində sədrin birinci müavini, bir neçə zavod fabriklərdə ermənilər əyləşmişdilər onlar özlərini Stavropolun sahibi hesab edirdilər. Qorbaçov Moskvaya Mərkəzi Komitənin sıravi katibi seçiləndən sonra, yuxarıda qeyd etdiyim kimi, xaricdə yaşayan erməni oliqarxları fəallaşmağa başladılar. Dağlıq Qarabağ məsələsini qabartmaqla Ermənistan rəhbərliyinə, daşnaklara, millətçi qüvvələrə külli miqdarda vəsait ayırdılar.

- Əslində bizim başımızın üstündən...

- Sizinlə razıyam. Çünki azərbaycanlılar dosta sədaqətli, qonaqpərvər insanlardır. Mən orada işlədiyim müddətdə insanlardan bir pislik görmədim. Heyif 20 Yanvar qırğınının qarşısını almaq mümkün olmadı. Necə oğullar, uşaqlar qırıldı...

 

Azərbaycan.- 2019.- 19 yanvar.- S. 1; 3.