Azərbaycan Dövlət Neft Fondu
ilə "VTB Bank" arasında əməkdaşlıq
davam edir
Azərbaycan Prezidenti İlham Əliyevin
İsveçrəyə işgüzar səfəri
Yanvarın
20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Dünya İqtisadi Forumunun illik toplantısında iştirak
etmək üçün İsveçrə
Konfederasiyasına işgüzar səfəri başlayıb.
AZƏRTAC-ın
xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev
yanvarın 20-də Davosda "VTB Bank”ın prezidenti-idarə
heyətinin sədri Andrey Kostinlə görüşüb.
Görüşdə
"VTB Bank”ın Azərbaycanda uzun müddət uğurlu fəaliyyət
göstərdiyi qeyd olundu. Bildirildi ki, Azərbaycan Dövlət
Neft Fondu ilə "VTB Bank” arasında səmərəli əməkdaşlıq
davam edir. Prezident İlham Əliyev "VTB Bank”ın Azərbaycan
iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılmasını
təklif etdi.
Andrey
Kostin təklifə müsbət yanaşdığını
bildirdi və dövlətimizin başçısını əmin
etdi ki, "VTB Bank” bu istiqamətdə fəaliyyətini daha
da genişləndirəcək.
Söhbət
zamanı Azərbaycanla Rusiya arasında bütün sahələrdə
olduğu kimi, iqtisadi-ticari sahədə də əlaqələrin
uğurla inkişaf etdiyi bildirildi. Ticarət dövriyyəsinin
artan istiqamətdə davam etməsinin və daha da sürətləndirilməsinin
vacibliyi qeyd olundu.
Görüşdə
əməkdaşlığın perspektivləri barədə
fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2020.- 22 yanvar.- S. 1.