“CISCO” şirkəti hazırda Azərbaycanda
prioritet istiqamətlər üzrə layihələr
reallaşdırmaqdadır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də
Davosda “CISCO” şirkətinin icraçı vitse-prezidenti və
baş maliyyə direktoru xanım Kelli Kramerlə
görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə "CISCO” şirkəti ilə Azərbaycanın uzun müddətdir müxtəlif sahələrdə əməkdaşlıq etdiyi bildirildi. Qeyd olundu ki, "CISCO” şirkəti hazırda Azərbaycanda prioritet istiqamətlər üzrə layihələr reallaşdırmaqdadır. Bu layihələrin bir çoxunun ilkin mərhələləri artıq həyata keçirilib.
Prezident İlham Əliyev "CISCO” şirkətinin Azərbaycan üçün önəmli tərəfdaş olduğunu qeyd etdi. Dövlətimizin başçısı bildirdi ki, bu şirkət üçün Azərbaycanda çox böyük biznes potensialı mövcuddur.
"CISCO” şirkətinin icraçı vitse-prezidenti və baş
maliyyə direktoru Kelli
Kramer Azərbaycanda gedən inkişaf proseslərini yüksək qiymətləndirdi
və şirkətlə ölkəmiz arasında uğurlu təcrübə mübadiləsinin
aparıldığını bildirdi.
Xanım Kelli Kramer qeyd etdi ki,
Azərbaycan "CISCO” şirkəti üçün
regionda ən önəmli ölkədir.
Azərbaycan.- 2020.- 22 yanvar.- S. 2.