Azərbaycan ilə
Xorvatiya arasında əməkdaşlığın
perspektivləri müzakirə edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə Xorvatiya arasında imzalanan strateji tərəfdaşlıq sənədinə uyğun olaraq münasibətlərin səviyyəsindən məmnunluq ifadə edildi.
Söhbət zamanı ölkələrimiz
arasında enerji, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları və digər
sahələrdə əməkdaşlığın perspektivləri
ilə bağlı fikir mübadiləsi
aparıldı.
Azərbaycan.- 2020.- 22 yanvar.- S. 2.