Azərbaycanın “Naxçıvan” və “Qoşadaş” yataqlarının Rusiyanın “LUKOIL” şirkəti ilə birgə işlənilməsi barədə qərar qəbul olunub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Rusiyanın "LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycanın "Naxçıvan”, "Qoşadaş” yataqlarının "LUKOIL” şirkəti ilə birgə işlənilməsi məsələsi müzakirə olundubu barədə qərar qəbul edildi.

Söhbət zamanı perspektiv strukturlar və SOCAR-"LUKOIL” əməkdaşlığı ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.- 2020.- 22 yanvar.- S. 3.