Azərbaycan Prezidentinin köməkçisi NATO-nun mənzil-qərargahında olub

 

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev yanvarın 20-də NATO-nun mənzil-qərargahında olub.

Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, Hikmət Hacıyev NATO Baş katibinin müavini Mirça Coana ilə görüşüb müttəfiq dövlətlərin 29+1 formatında keçirilən iclasında iştirak edib. Görüş iclas zamanı Azərbaycan-NATO tərəfdaşlığı, regional təhlükəsizlik qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb. H.Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar haqqında ətraflı məlumat verib.

NATO ölkələri Azərbaycanın Sülh naminə tərəfdaşlıq proqramında aktiv iştirakını, alyansın əməliyyatlarına töhfələrini, qarşılıqlı operativ uzlaşmanın artırılması islahatlar sahəsində əldə etdiyi tərəqqini yüksək qiymətləndirib.

20 Yanvar faciəsinin 30-cu ildönümümə təsadüf edən görüş iclasda Prezidentin köməkçisi Azərbaycan tarixində mühüm rol oynayan bu hadisələr haqqında da danışıb. NATO rəsmiləri üzv dövlətlərin təmsilçiləri Azərbaycan xalqı ilə həmrəyliklərini şəhidlərin xatirəsinə ehtiramlarını ifadə ediblər.

 

Azərbaycan.- 2020.- 22 yanvar.- S. 3.