Kürdəmirdə 20 Yanvar şəhidləri anıldı

 

Ölkənin qabaqcıl peşə təhsili ocaqlarından olan Kürdəmir Peşə Liseyiyerli Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq anım mərasimi və futzal turniri keçirilmişdir.

Liseyin fiziki tərbiyə rəhbəri, Əməkdar bədən tərbiyəsi və idman xadimi, fəxri bədən tərbiyəsi və idman işçisi, yunan-Roma güləşi üzrə veteranlar arasında dünya çempionatının yeddiqat mükafatçısı Əlsahab Abbasovun verdiyi məlumata görə, Prezident

İlham Əliyevin "20 Yanvar faicəsinin 30-cu ildönümü haqqında” sərəncamında qeyd olunduğu kimi, xalqımız mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur: "Bizbu sərəncamdan irəli gələn vəzifələri rəhbər tutaraq, milli müstəqillik uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla anaraq mərasim keçirmiş, yeniyetmələrə və gənclərə 30 il öncə baş vermiş hadisələr barədə dolğun məlumat vermişik”.

Bundan əlavə, liseyin tələbələri arasında futzal turniri təşkil edilmişdir. Yarışın qalibləri kubok və fəxri fərmanla təltif olunmuşlar.

 

Rizvan CƏFƏROV

 

Azərbaycan.- 2020.- 22 yanvar.- S. 5.