İqtisadi inkişafın sürəti investisiya qoyuluşundan asılıdır

 

İlin yekunları ilə bağlı müşavirədə bu məsələyə xüsusi diqqət yetirildi

 

Prezident İlham Əliyev ötən ilin yekunlarına həsr olunmuş müşavirədə iqtisadiyyatın bütün sahələrində baş verən müsbət dinamikanı qeyd edərkən investisiya qoyuluşunun əhəmiyyətini də vurğulayıb.

Məlumdur ki, investisiya qoyuluşu iqtisadiyyatın inkişafını təmin edən şah damarıdır. İnkişaf etmiş ölkələrin keçdiyi yola diqqət yetirəndə də görürük ki, qazanılan nailiyyətlərdə iqtisadiyyata fasiləsiz investisiya qoyuluşu mühüm əhəmiyyət daşıyır.

Dövlət başçısı sözügedən müşavirədə investisiya qoyuluşunun məqsədi və istiqamətləri barədə demişdir: "İkinci vəzifə ondan ibarətdir ki, investisiya proqramımız infrastruktur layihələrinin icrası ilə paralel olaraq iqtisadiyyatın real sektoruna dəstək verməkdir. O cümlədən bu infrastruktur layihələrinin real sektora olan təsiri də bir növ təhlil edilməlidir. Misal üçün, yeni infrastruktur tutaq ki, buya digər rayonda iqtisadiyyatın real sektoruna nə dərəcədə müsbət təsir göstərmişdir”.

Müşavirədə o da qeyd edildi ki, istər dövlət sərmayələrinin, istər özəl sərmayələrin iqtisadiyyata cəlb olunması xüsusi əhəmiyyətə malikdir. Çünki dünyanın iqtisadi tarixi və ölkəmizin yaxın keçmişdəki təcrübəsi göstərir ki, iqtisadi artımın sürəti məhz qoyulan investisiyalardan asılıdır. Ötən il əsas kapitala investisiyaların ümumi daxildəki payı 23,2 faiz təşkil edib. Məqsəd isə bu rəqəmin 25 faizya ondan yüksək olmasıdır.

Məlumdur ki, kapital qoyuluşu həssas məsələdir. Bu üzdən özəl sərmayənin cəlb edilməsi üçün onun qorunması vacib şərtdir. Kapital qoyuluşunun qorunması yalnız mükəmməl hüquqi qanunvericilik bazasının təmin edilməsi ilə mümkündür.

İri infrastruktur və digər nəhəng iqtisadi layihələrin icrasında dövlət vəsaitindən kapital qoyuluşu kimi istifadə edilib. Nəticə göz qabağındadır. İndi Azərbaycanda nəqliyyat və digər infrastruktur layihələrinin yüksək səviyyədə olması inkişaf etmiş ölkələrlə müqayisə edilir. Hətta bu sahədə bir sıra inkişaf etmiş ölkələrdən öndəyik. Dövlət tərəfindən investisiyaların yatırılmasında əsas tələb səmərəlilik amillərinin sərtləşdirilməsi və bu investisiyaların prioritet sektorların inkişafı ilə sıx uzlaşdırılmasıdır.

İnvestisiyaların iqtisadiyyatın müxtəlif sahələrinə məqsədyönlü şəkildə qoyulması, elmi araşdırmalar aparılaraq yatırılması yüksək səmərə verir. Çünki əvvəlcədən dərin təhlil aparılmasa, istehsal edilən malın alıcısının olduğu müəyyənləşməsə, məhsulun satışında problem yaranar. Məhsul isə satıldıqda qoyulan investisiyanın səmərəsi olur. Bu məqsədlə ölkədə aparılan investisiya siyasətində bütün bunlar nəzərə alınır.

Qeyri-neft iqtisadiyyatının və ümumiyyətlə, qeyri-neft ixracının, o cümlədən iqtisadi artımın sürətləndirilməsinə dair həyata keçirilən siyasət sayəsində kənd təsərrüfatı və aqro klaster, neft-kimya sənayesi və bu sahəyə qoyulan irihəcmli investisiyalar səmərə verir. Hazırda bu sahələr üzrə böyük, kiçikorta biznes klasterinin yaradılması nəzərdən keçirilir.

Dünya təcrübəsi göstərir ki, kiçikorta sahibkarlığın inkişafı hər bir ölkədə iqtisadi dayanıqlılığın təminatında mühüm faktordur. Buna görə Prezident dəfələrlə çıxışlarında qeyd edib ki, ölkədə kiçikorta sahibkarlığın inkişafına dövlət dəstək verməlidir. Məlumdur ki, bu məqsədlə güzəştli kreditlər ayrılarkən həmin kateqoriyadan olan sahibkarlara üstünlük verilir. Dövlət dəstəyi sayəsində son 16 ildə Azərbaycanda bu kateqoriyadan olan müəssisələrin sayı və istehsalda payı xeyli artıb.

Dövlət başçısı investisiyaların real sektora qoyulmasının əhəmiyyətini xüsusi vurğulayaraq onu da qeyd etdi ki, kənd təsərrüfatı sahəsində böyük potensialımız var. Xüsusilə kənd təsərrüfatı məhsullarının emalı diqqət mərkəzində olmalıdır. Yəni biz xammal ixracatçısından hazır məhsul ixracatçısına çevrilməliyik. Ötən il meyvə-tərəvəz istehsalında böyük artım qeydə alınıb. Lakin meyvə-tərəvəzin hazır məhsula çevrilməsi üçün kifayət qədər emal müəssisələrimiz yoxdur. Müxtəlif şirələr, kompotlar, konservlər və qurudulmuş meyvə istehsalı ilə məşğul olan sahibkarlara dəstək verilməlidir. Belədə ölkəmiz meyvə-tərəvəzi daha böyük həcmdə emal edərək hazır məhsul kimi xarici bazara ixrac etmək imkanı qazanar.

Aparılan iqtisadi islahatlar, real sektora investisiya qoyuluşu ötən ilin iqtisadi göstəricilərində də özünü açıq şəkildə əks etdirir. Belə ki, ümumi daxili məhsul 2,2 faiz artıb, qeyri-neft sektorunda bu artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb, qeyri-neft sektorunda isə sənaye istehsalı 14 faizə çatmışdır. Sənaye istehsalı həm dövlət vəsaiti hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində artmışdır.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2020.- 23 yanvar.- S. 1; 6.